...

Suriya iraqlı məhbusları Bağdada təhvil verəcək

Siyasət Materials 23 Oktyabr 2012 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Suriya hakimiyyəti iraqlı məhbusları ilkin şərt irəli sürmədən rəsmi Bağdada təhvil verməyə razılaşıb. Trend-in məlumatına görə, bu barədə "əl-Cəzirə" telekanalı İraqın Ədliyyə Nazirliyinə istinadən məlumat verir.

Bu məsələ ilə bağlı iki ölkə arasında razılaşma əldə olunub. İraqlı məhbuslar arasında hakim Suriya rejiminə qarşı etiraz aksiyalarında iştirak edənlər də var.

Məlumata görə, Bağdada təhvil veriləcək məhbusların sayı bir neçə min təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti