...

Azərbaycan və Türkiyə ermənilərin törətdiyi soyqırımları birgə araşdıracaqlar

Siyasət Materials 24 Oktyabr 2012 15:24 (UTC +04:00)
Azərbaycan və Türkiyə tarixçiləri ermənilər tərəfindən türklərə və azərbaycanlılara qarşı törədilmiş soyqırımları birgə araşdıracaqlar.
Azərbaycan və Türkiyə ermənilərin törətdiyi soyqırımları birgə araşdıracaqlar

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan və Türkiyə tarixçiləri ermənilər tərəfindən türklərə və azərbaycanlılara qarşı törədilmiş soyqırımları birgə araşdıracaqlar. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, Türkiyədə də bununla bağlı komissiya yaradılır.

Mahmudov məsələ ilə bağlı bu günlərdə Türkiyəyə səfərinin gözlənildiyini bildirib. O deyib ki, Türkiyə və Azərbaycan tarixçiləri birləşərək həm Anadoluda, həm Azərbaycanda soyqırımların tarixini birlikdə araşdıracaqlar.

Alim araşdırmaların nəticələrinin sonda Azərbaycan və türk xalqına, o cümlədən bütün dünyaya təqdim ediləcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti