...

İlham Əliyev Avstriya Respublikasının Federal Prezidentini təbrik edib

Siyasət Materials 24 Oktyabr 2012 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Avstriya Respublikasının Federal Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Avstriya dostluğu və əməkdaşlığının hərtərəfli inkişafı və möhkəmlənməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm", - təbrik məktubunda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti