...

Abdulla Gül: Türkiyə böyük dövlətə çevrilir

Siyasət Materials 29 Oktyabr 2012 11:38 (UTC +04:00)
1923-cü il oktyabırn 29-da cümhuriyyət elan edilməsindən bəri Türkiyə uzun inkişaf yolu keçib və böyük dövlətə çevrilib.
Abdulla Gül: Türkiyə böyük dövlətə çevrilir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir A.Tağıyeva/

1923-cü il oktyabırn 29-da cümhuriyyət elan edilməsindən bəri Türkiyə uzun inkişaf yolu keçib və böyük dövlətə çevrilib. Bunu Türkiyə Prezidenti Abdulla Gül Cümhuriyyətin elan edilməsinin 89-cu ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə bildirib. Trend-in məlumatına görə, bu barədə TRT Haber telekanalı xəbər verib.

Gül qeyd edib ki, türkiyə öz uğurlarından qürur duyur və gələcəkdə demokratiyanı, iqtisadiyyatı inkişaf etdirmək, xalqın güzəranını və ölkənin beynəlxalq arenada siyasi gücünü yüksəltmək fikrindədir. Prezident qeyd edib ki, Türkiyə qarşısında duran bütün problemləri həll edəcək və onların ölkənin inkişafına mane olmasına yol verməyəcək.

Bu gün Türkiyədə Cümhuriyyətin elan edilməsinin 89-cu ildönümü qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti