...

Azərbaycanın ədliyyə naziri AŞ baş katibinin müavini ilə görüşüb

Siyasət Materials 30 Oktyabr 2012 19:34 (UTC +04:00)
Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası baş katibinin müavini xanım Qabriela Battaini-Draqoninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanın ədliyyə naziri AŞ baş katibinin müavini ilə görüşüb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası baş katibinin müavini xanım Qabriela Battaini-Draqoninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Avropa Şurası ilə səmərəli əməkdaşlığı qeyd edən nazir ölkədə aparılan məhkəmə islahatı, o cümlədən hakimlərin sayının artırılması, onların Avropada ən şəffaf prosedurlarla seçimi barədə məlumat verib, bu tədbirlərin Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirildiyini bildirib.

Həmçinin, penitensiar sistemin inkişafı, bu sahədə səmərəli ictimai nəzarətin tətbiqi, yerli özünüidarə sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə görülən işlərdən danışılıb, dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə tədbirləri, bu məqsədlə yeni innovativ və şəffaf xidmətlərin yaradıldığı qeyd olunub.

Ölkəmizə növbəti səfərindən məmnunluğunu ifadə edən Battaini-Draqoni əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, Ədliyyə Nazirliyinin Avropa Şurası və onun struktur qurumları ilə əməkdaşlığını təqdir edib, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək, qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə hazır olduğunu bildirib.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti