...

Ermənistandan Suriyaya uçan təyyarə Türkiyədə məcburi endirilib, silah-sursatın olduğu bildirilir (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 8 Noyabr 2012 09:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir A.Tağıyeva/

Ermənistandan Suriyaya uçan daha bir yük təyyarəsi Türkiyənin Ərzurum hava limanında məcburi endirlib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Doğan agentliyi xəbər verib.

Məlumata görə, təyyarədə axtarış aparılması üçün xüsusi təyinatlı dəstə gətirilib.

Ermənistan Hava Yollarına məxsus "Antonov AN 12" markalı təyyarədə silah-sursatın olması ehtimalı edilir. Təyyarənin pilotu isə açıqlamasında bildirib ki, təyyarədə humanitar yük var.

Qeyd edək ki, bundan öncə də Rusiyadan Suriyaya uçan təyyarə endirilmişdi.

Foto Anadolu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti