...

XİN: Türkiyə İsrailin Qəzzaya zərbələr endirməsinin qarşısını alımaq üçün tədbirlər görəcək

Siyasət Materials 15 Noyabr 2012 11:56 (UTC +04:00)
Türkiyə İsrail HHQ-nin Qəzza sektoruna zərbələr endirməsinin qarşısını alımaq üçün lazımi tədbirlər görəcək.
XİN: Türkiyə İsrailin Qəzzaya zərbələr endirməsinin qarşısını alımaq üçün tədbirlər görəcək

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə İsrail HHQ-nin Qəzza sektoruna zərbələr endirməsinin qarşısını alımaq üçün lazımi tədbirlər görəcək. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Trend-in məlumatına görə, xəbəri "TRT Haber" telekanalı yayıb.

Nazirin sözlərinə görə, İsrailin Qəzza sektoruna hücumları ilk növbədə dinc sakinlərin təhlükəsizliyini təhdid edir.

İsrail HHQ bu gün, Qəzza sektorundakı əməliyyatların ikinci günündə yüzlərlə hədəfə hücum edərək HAMAS-ın hərbi qanadının üç üzvünü məhv edib və fələstinlilər arasında qurbanların ümumi sayını ən azı 11 nəfərə çatdırıb.

"Bulud sütunu" son dörd il ərzində ən irimiqyaslı əməliyyatdır. Qəzza sektorunun atəşə tutulmasına aviasiyadan başqa, tanklar və hərbi dəniz qüvvələrlərinin gəmiləri cəlb edilib. Siyasi rəhbərliyin və İsrailin ordu komandanlığının nümayəndələri sektora qurudan müdaxilə ediləcəyini istisna etmirlər. Sonuncu dəfə İsrail 2008-2009 ilin qışında anklava quru qoşunlar çıxarmışdı. Təxminən 1,4 min fələstinli həmin əməliyyatın qurbanı olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti