...

QDİƏT Parlament Məclisinin sədrliyi Azərbaycandan Bolqarıstana keçib

Siyasət Materials 28 Noyabr 2012 12:13 (UTC +04:00)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin sədrliyi Azərbaycandan Bolqarıstana keçib.
QDİƏT Parlament Məclisinin sədrliyi Azərbaycandan Bolqarıstana keçib

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir M.Əliyev/

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin sədrliyi Azərbaycandan Bolqarıstana keçib.

Trend-in məlumatına görə, qurumun Bakıda keçirilən 40-cı Baş Assambleyasında Milli Məclisin sədri Oqtay Əsədov sədrliyin keçməsi ilə bağlı rəmzi nişanı Bolqarıstan parlamentinin sədri Tseska Tsaçevaya təqdim edib.

Əsədov bildirib ki, QDİƏT PM-in növbəti 41-ci plenar iclası 21-23 may 2013-cü ildə Bolqarıstanın Varna şəhərində keçiriləcək.

Onun sözlərinə görə, həmin iclasda Qara dənizdə axtarış xilasetmə işlərinin əlaqələndirilməsi, QDİƏT-in 20 illik yubileyi ilə bağlı tədbirin keçirilməsi, QDİƏT üzv ölkələrinin diplomdansonrakı təhsil üzrə əməkdaşlığı və bir sıra digər məsələlər müzakirə olunacaq.

Sonra sədrliyi qəbul edən Bolqarıstan parlamentinin sədri Milli Məclisdə nitqlə çıxış edib.

Bolqarıstam PM-ə 6 ay ərzində sədrlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti