...

AŞ PA həmməruzəçiləri Azərbaycana dair hesabatı dekabrın ortalarında təqdim edəcəklər

Siyasət Materials 29 Noyabr 2012 19:54 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex Azərbaycana səfərlərinin yekunları ilə bağlı hesabatın son variantını və qətnamə layihəsini dekabrın 12-də təqdim edəcəklər.
AŞ PA həmməruzəçiləri Azərbaycana dair hesabatı dekabrın ortalarında təqdim edəcəklər

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex Azərbaycana səfərlərinin yekunları ilə bağlı hesabatın son variantını və qətnamə layihəsini dekabrın 12-də təqdim edəcəklər.

Trend AŞ PA-nın rəsmi saytına istinadən məlumat verir ki, hesabat və qətnamə layihəsi qəbul olunarsa, sənəd Parlament Assambleyasının 2013-cü ilin yanvar ayında keçiriləcək qış sessiyasında müzakirə oluna bilər.

"Həmməruzəçilər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdən narahatlıqlarını ifadə ediblər", - məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, həmməruzəçilər Azərbaycana səfərləri zamanı ölkə Prezidenti, Milli Məclisin sədri, xarici işlər, daxili işlər və ədliyyə nazirləri, Ali Məhkəmənin sədri, baş prokuror, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti