...

Türkiyə DİN: PKK üzvləri arasında iki mindən çox uşaq var

Siyasət Materials 30 Noyabr 2012 14:19 (UTC +04:00)
İki mindən çox uşaq aldatma və güc yolu ilə terrorçu Kürd Fəhlə Partiyasının (PKK) sıralarına cəlb edilib.
Türkiyə DİN: PKK üzvləri arasında iki mindən çox uşaq var

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir A.Tağıyeva/

İki mindən çox uşaq aldatma və güc yolu ilə terrorçu Kürd Fəhlə Partiyasının (PKK) sıralarına cəlb edilib. Trend-in cümə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri İdris Naim Şahin deyib.

Nazirin sözlərinə görə, cari il ərzində PKK üzvlərinin sayı kəskin azalıb və indi terror təşkilatı silahlıları uşaq və yeniyetmələrlə əvəz etməyə çalışır.

Şahin deyib ki, PKK-nın Türkiyədə xaos yaratmaq cəhdlərinə baxmayaraq, son bir neçə ilin müşahidəsi göstərir ki, terror təşkilatı xeyli zəifləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti