...

İlham Əliyev Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş səfirin etimadnaməsini qəbul edib

Siyasət Materials 1 Dekabr 2012 13:32 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tekley Minassie Asgedomun etimadnaməsini qəbul etmişdir
İlham Əliyev Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş səfirin etimadnaməsini qəbul edib

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tekley Minassie Asgedomun etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Tekley Minassie Asgedom etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Fövqəladə və səlahiyyətli səfir Tekley Minassie Asgedom Eritreya Prezidenti İsaias Afeverkinin salamlarını və Azərbaycan xalqına firavanlıq arzularını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan Respublikası ilə Eritreya Dövləti arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident İsaias Afeverkinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Eritreya Dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti