...

Ramiz Mehdiyev: Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasına çox mənfi yanaşıram

Siyasət Materials 3 Dekabr 2012 12:36 (UTC +04:00)
Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasına çox mənfi yanaşıram.
Ramiz Mehdiyev: Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasına çox mənfi yanaşıram

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir M.Əliyev/

Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasına çox mənfi yanaşıram. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə PA rəhbəri Ramiz Mehdiyev Rusiyada İttifaqın yaradılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

"Mən bu məsələyə çox mənfi yanaşıram. Ona görə ki, bir tərəfdən bu qurumun regionlarda yaranmış diasporla heç bir əlaqəsi yoxdur, ikinci tərəfdən, burada ümumi maraqlardan kənar bir məsələ müzakirə olunur və həmin təşkilatın üzvləri öz şəxsi maraqları, mənafeyini güdmək məqsədi ilə belə bir təşkilat yaradıblar", - Mehdiyev bildirib.

PA rəhbəri qeyd edib ki, ittifaqın təşkilatçılardan biri ilə hələ təşkilat yaranmamışdan qabaq çox geniş söhbəti olub, Mehdiyev öz mənfi fikrini bildirib.

"Bunu Rusiyada formalaşmış diaspora ilə qarşı-qarşıya qoyulma kimi qiymətləndirirəm. Bu təşkilatın heç bir əhəmiyyəti yoxdur, sadəcə bu insanlar öz məqsədlərini güdürlər", - Mehdiyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti