...

BMT GUAM məkanında həlli yubanan münaqişələr haqqında qətnamə layihəsini təqdim edəcək

Siyasət Materials 6 Dekabr 2012 16:49 (UTC +04:00)
BMT çərçivəsində "GUAM məkanında həlli yubanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri" adlı qətnamə layihəsi müzakirə olunacaq.
BMT GUAM məkanında həlli yubanan münaqişələr haqqında qətnamə layihəsini təqdim edəcək

İrlandiya, Dublin, 6 dekabr /Trend, xüsusi müxbir E.Hüseynov/

BMT çərçivəsində "GUAM məkanında həlli yubanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri" adlı qətnamə layihəsi müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib.

Qətnamə layihəsi bu günlərdə Kiyevdə GUAM Milli Əlaqələndiriciləri Şurasının (MƏŞ) 26-cı iclasında təsdiq edilib.

"GUAM milli əlaqələndiricilərinin görüşündə biz qətnamənin yekun layihəsini təsdiqlədik. İndi bizim Nyu-Yorkdakı nümayəndələrimizin BMT Baş Assambleyasındakı tərəfdaşlarımız arasında bu qətnaməyə maksimum dəstək cəlb etmək üçün onların bu mətn üzrə tərəfdaşlarımızla işləmək imkanı var", - Çeçelaşvili deyib.

Onun sözlərinə görə, qətnamə layihəsinin rəsmi sənəd kimi BMT çərçivəsində müzakirəyə çıxarılacağı və ya tərəfdaş ölkələrin nümayəndə heyətləri arasında razılaşdırılıb-razılaşdırılmayacağını hələlik bilmir.

Çeçelaşvili əmindir ki, sənəd bu gün Baş Assambleyanın müzakirəsinə çıxarılarsa, ona baxılacaq.

"Amma bizə lazımdır ki, o [qətnamə] bizim buna inandırdığımız əsas tərəfdaşlarımızın dəstəyi ilə keçsin. Bu, mürəkkəb işdir, amma bu iş GUAM-ın sədri olan ölkə kimi Azərbaycan tərəfinin sədrliyi ilə aparılır. Və bu iş GUAM-ın növbəti sədri tərəfindən də davam etdiriləcək", - Çeçelaşvili bildirib.

Onun sözlərinə görə, həmçinin milli əlaqələndiricilər Kiyevdə tezliklə BMT Baş Assambleyasına təqdim edilməli olan BMT-nin "BMT və GUAM arasında Əməkdaşlıq" qətnamə layihəsini hazırlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti