...

Dublində ATƏT XİNŞ iclasının işinə yekun vurulub

Siyasət Materials 7 Dekabr 2012 20:23 (UTC +04:00)
Trend-in xüsusi müxbirinin məlumatına görə, Gilmor iclasda bir neçə sənədin qəbul olunmasından məmnunluğunu ifadə edib. Xüsusilə, "5+2" formatında Dnestryanı münaqişənin nizamlanmasına dair danışıqlar üzrə vahid bəyanat, transmilli təhdidlərlə mübarizə üzrə qətnamə, Helsinki prosesi haqqında qərar, həmçinin korrupsiya, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizənin gücləndirilməsinə dair qətnamə razılaşdırılıb.
Dublində ATƏT XİNŞ iclasının işinə yekun vurulub

İrlandiya, Dublin, 7 dekabr /Trend, xüsusi müxbir E.Hüseynov/

ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gimor ATƏT XİNŞ-in ikigünlük iclasına yekun vurub.

Trend-in xüsusi müxbirinin məlumatına görə, Gilmor iclasda bir neçə sənədin qəbul olunmasından məmnunluğunu ifadə edib. Xüsusilə, "5+2" formatında Dnestryanı münaqişənin nizamlanmasına dair danışıqlar üzrə vahid bəyanat, transmilli təhdidlərlə mübarizə üzrə qətnamə, Helsinki prosesi haqqında qərar, həmçinin korrupsiya, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizənin gücləndirilməsinə dair qətnamə razılaşdırılıb. Həmçinin İsveçrənin 2014-cü, Serbiyanın isə 2015-ci ildə ATƏT-də sədrliyi barədə qərar qəbul edilib.

Bununla yanaşı, Gilmor neonasizm ilə mübarizəyə dair qətnamənin müzakirəsi zamanı konsesusun, eləcə də azad mətbuat, yığıncaq və assosiasiyalar haqqında qətnamələrin qəbul edilməməsindən təəssüfünü bildirib.

İrlandiya 2013-cü il ATƏT-də sədrlik vəzifəsini Ukraynaya təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti