...

İctimai Palatanın icazəsiz aksiya keçirmək cəhdinin qarşısı alınıb

Siyasət Materials 10 Dekabr 2012 14:32 (UTC +04:00)
İctimai Palatanın (İP) dekabrın 10-da Bakının "Fəvvarələr" Meydanında icazəsiz etiraz aksiyası keçirmək cəhdinin qarşısı alınıb.
İctimai Palatanın icazəsiz aksiya keçirmək cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.Mehdiyev/

İctimai Palatanın (İP) dekabrın 10-da Bakının "Fəvvarələr" Meydanında icazəsiz etiraz aksiyası keçirmək cəhdinin qarşısı alınıb.

Trend-in məlumatına görə, piket qanunsuz olduğundan, polis aksiyanın qarşısını alıb.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli partiyanın Rəyasət Heyətinin üzvləri və rayon təşkilatları sədrləri ilə birgə müşavirədə bildirib ki, İctimai Palatanın dekabrın 10-da Milli Məclisin qarşısında keçirməyi planlaşdırdığı aksiyada xüsusi əzmkarlıq nümayiş etdirilməlidir. Dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunduğuna görə piketin polis tərəfindən dağıdılması xaricdə daha böyük rezonansa səbəb olacağından aksiya iştirakçıları polis əməkdaşları ilə daha çox qarşıdurmaya getməli, polisin qəddar rəftarı ilə bağlı xarici və yerli medianı zəruri faktlarla təmin etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti