...

Dövlət başçısı qazaxıstanlı həmkarını təbrik edib

Siyasət Materials 15 Dekabr 2012 16:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə qazaxıstanlı həmkarı Nursultan Nazarbayevi təbrik edib.
Dövlət başçısı qazaxıstanlı həmkarını təbrik edib

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə qazaxıstanlı həmkarı Nursultan Nazarbayevi təbrik edib.

"Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Müstəqil Qazaxıstanın Sizin rəhbərliyiniz altında sosial-iqtisadi və siyasi islahatlar yolu ilə inamla irəliləyərək çiçəklənən bir ölkəyə çevrilməsi və beynəlxalq aləmdə böyük nüfuz qazanması bizi sevindirir", - təbrik məktubunda deyilir.
Prezident bu gün Azərbaycan-Qazaxıstan münasibətləri hərtərəfli və dinamik inkişaf yolunda olmasından məmnunluğunu ifadə edib. "Qarşılıqlı anlaşma və etimada əsaslanan dövlətlərarası münasibətlərimiz bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açmışdır. Əminəm ki, əməkdaşlığımızın mövcud potensialından tam bəhrələnmək üçün bundan sonra da səylərimizi davam etdirəcəyik".
Sonda dövlət başçısı Qaazaxıstan Prezidentinə möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Qazaxıstan xalqına sülh və firavanlıq arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti