...

Azərbaycanın GUAM-dakı sədrliyi dövrü uğurlu qiymətləndirilib

Siyasət Materials 19 Dekabr 2012 10:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir M.Əliyev/

GUAM-ın baş katibi Valeri Çeçelaşvili Azərbaycanın qurumdakı sədrliyi dövrünün uğurlu keçdiyini deyib.

"Azərbaycanın sədrliyi dövründə mühüm işlər görülüb", - Trend-in məlumatına görə, bunu GUAM Parlament Assambleyasının 5-ci iclasında iştirak etmək üçün Bakıda səfərdə olan GUAM-ın baş katibi Valeri Çeçelaşvili jurnalistlərə açıqlamasında bildirib.

GUAM-ın baş katibi deyib ki, mühüm işlərdən biri dekabrın əvvəlində Dublində keçirilən GUAM Xarici İşlər Nazirləri Şurasının iclası olub.

"Azərbaycanın sədrliyinin son uğuru isə dekabrın 18-də Nyu-Yorkda GUAM və BMT arasında əməkdaşlıq üzrə qətnamənin konsensus yolu ilə qəbul olunmasıdır ki, bu da təşkilatın beynəlxalq münasibətlər sistemindəki nüfuzunu möhkəmləndirir. Düşünürəm ki, GUAM Parlament Assambleyasının iclasında bu ilin yekunlarını və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəyik", - Çeçelaşvili əlavə edib.

O, GUAM-ın gələn il Bakıda keçirilməsi planlaşdırılan sammitinin dəqiq tarixinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə müzakirə olunacağını da vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti