...

Valeri Çeçelaşvili: GUAM öz sıralarına digər dövlətlərin daxil olması üzrə ərizələrə baxa bilər

Siyasət Materials 20 Dekabr 2012 15:56 (UTC +04:00)
Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM açıq təşkilatdır və digər dövlətlərin təşkilatın sıralarına daxil olmaq barədə müvafiq ərizələrinə baxa bilər.
Valeri Çeçelaşvili: GUAM öz sıralarına digər dövlətlərin daxil olması üzrə ərizələrə baxa bilər

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir M.Əliyev/

Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM açıq təşkilatdır və digər dövlətlərin təşkilatın sıralarına daxil olmaq barədə müvafiq ərizələrinə baxa bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda GUAM Parlament Assambleyasının 5-ci iclasının yekunlarına dair keçirilən mətbuat konfransında təşkilatın baş katibi Valeri Çeçelaşvili bildirib.

Onun sözlərinə görə, GUAM açıq təşkilatdır və müvafiq ərizə verilərsə və bu ərizəni təqdim edən ölkə strukturun nizamnamə sənədlərində aydın xülasə edilən prinsipləri bölüşərsə, o zaman GUAM-a daxil olan dörd dövlətin xarici işlər nazirləri bu ərizəyə baxacaqlar.

Bununla yanaşı, o qeyd edib ki, genişlənmə GUAM təşkilatının məqsədi deyil.

"Bizim hədəfimiz dördtərəfli əməkdaşlığın inkişafı və Qara dəniz-Xəzər regionunda Avropa prinsipləri, standartları və əməkdaşlıq təcrübəsi əsasında mədəni tərəfdaşlıq zonasının formalaşdırılmasıdır", - Çeçelaşvili deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti