...

İran ABŞ-a qarşı kiber-hücumlarda iştirakını təkzib edir

Siyasət Materials 11 Yanvar 2013 16:11 (UTC +04:00)
İran BMT yanında daimi nümayəndəsi Məhəmməd Xəzai KİV-də İranın ABŞ-ın maliyyə institutlarına kiber-hücumlarda əli olması barədə yayılan məlumatları qəti şəkildə təkzib edib.
İran ABŞ-a qarşı kiber-hücumlarda iştirakını təkzib edir

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir A.Bədəlova/

İran BMT yanında daimi nümayəndəsi Məhəmməd Xəzai KİV-də İranın ABŞ-ın maliyyə institutlarına kiber-hücumlarda əli olması barədə yayılan məlumatları qəti şəkildə təkzib edib. Bu barədə Trend cümə günü IRNA-ya istinadən məlumat verir.

İranın BMT yanında daimi nümayəndəsinin ofisindən ABŞ-ın "CNN TV" xəbər kanalı və "New York Times Daily" qəzetinə göndərilən cavab məktubunda Xəzai qeyd edib ki, bu cür iddialar əsassızdır.

Xəzai məktubunda hər hansı ölkəyə qarşı kiber-hücumları pisləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti