...

Ermənistan prezidentliyinə namizəd müddətsiz aclıq elan edib

Siyasət Materials 15 Yanvar 2013 16:49 (UTC +04:00)
Ermənistan prezidentliyinə namizəd Andreas Qukasyan müddətsiz aclıq elan edib. Bu barədə Trend "Armenia Today"ə istinadən məlumat verir.
Ermənistan prezidentliyinə namizəd müddətsiz aclıq elan edib

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Ermənistan prezidentliyinə namizəd Andreas Qukasyan müddətsiz aclıq elan edib. Bu barədə Trend "Armenia Today"ə istinadən məlumat verir.

Qukasyan MSK sədri Tiqran Mukuçyana respublikada azad seçkilərin keçirilməsi ilə bağlı müraciət edib və müddətsiz aclıq elan edib.

"Ermənistan Seçki Məcəlləsində prezident seçkilərinin azad keçirilməsi müəyyən edilməyib. Buna baxmayaraq, prezident seçkiləri həqiqi hesab edilməsi üçün azad keçirilməlidir. İctimaiyyətin seçkilərə mövcud inamsızlığı hakimiyyətin əsası kimi xalqın iradəsini sıfıra endirir", - Qukasyanın bəyanatında deyilir.

Onun sözlərinə görə, Ermənistan vətəndaşının indiyə qədər onun səsvermə hüquqlarının tam təmin edilməsi üçün dövlətin öhdəlikləri barədə lazımi məlumatı yoxdur.

Qukasyan öz bəyanatında qeyd edir ki, çünki dövlətin azad və həqiqi seçkilərin keçirilməsi haqqında beynəlxalq öhdəlikləri qanunda aydın yazılmadığından vətəndaşların bu hüququna zəmanət verilməyib və onun reallaşdırılması tamamilə hakim partiyanın arzusundan asılıdır.

"Seçki protokollarında əksini tapmış xalqın iradəsi əksəriyyətin mövqeyinə zidd olanda demokratiya ola bilməz. Bu, psevdodemokratiya və saxtalaşdırılmış seçkilərdir", - bəyanatda deyilir.

Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək. Ermənistan prezidenti postu uğrunda Ermənistanın indiki Prezidenti Serj Sarkisyan, keçmiş Baş nazir, "Azadlıq" partiyasının lideri Qrant Baqratyan, XİN-in keçmiş rəhbəri, "İrs" partiyasının İdarə Heyətinin sədri Raffi Ovannisyan, Paruyr Ayrikyan, Arman Məlikyan, Andreas Qukasyan, Vardan Sedrakyan, "Milli Həmrəylik" partiyasının lideri Aram Arutyunyan mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti