...

Azərbaycanın solçu partiyası prezident seçkilərində öz namizədi ilə iştirak edəcək

Siyasət Materials 16 Yanvar 2013 11:29 (UTC +04:00)
Solçu Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) qarşıdan gələn prezident seçkilərində öz namizədi ilə iştirak edəcək.
Azərbaycanın solçu partiyası prezident seçkilərində öz namizədi ilə iştirak edəcək

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir E.Mehdiyev/

Solçu Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) qarşıdan gələn prezident seçkilərində öz namizədi ilə iştirak edəcək.

"Biz qərara gəlmişik ki, prezident seçkilərində iştirak edək. Əgər bizim öz namizədimiz qeydiyyata alınsa, hamı bu namizəd üçün işləyəcək. Əgər öz namizədimiz qeydiyyata alınmasa, partiya üzvləri öz seçimlərində azaddırlar", - ASDP-nin sədri Araz Əlizadə Trend-ə deyib.

Namizədin partiyanın Mərkəzi Komitəsinin Plenumu tərəfindən irəli sürüldüyünü qeyd edən Əlizadə hələki rəhbərlik etdiyi partiyanın bu barədə tələsmədiyini deyib.

Müxalifət düşərgəsindən vahid namizədin irəli sürülməsi məsələsinə münasibət bildirən ASDP sədri bildirib ki, bunlar hamısı xalqın başını aldatmaqdır.

"İstər vahid namizəd olsun, istər olmasın, onların bu seçkilərdə qalib gəlmə şansları sıfıra bərabərdir. Onlar özləri də bunu bilirlər və ona görə də şou yaradırlar, müxtəlif tədbirlər görürlər, gündə yığışıb İctimai Palata deyilən ölüxanada fikir mübadiləsi aparırlar. Bunlar hamısı bilir ki, artıq onlar keçmiş zamandırlar", - Əlizadə deyib.

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin 2013-cü ilin payız aylarında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti