...

Davosda Azərbaycan və İsveçrə prezidentlərinin görüşü olub (FOTO)

Siyasət Materials 24 Yanvar 2013 14:36 (UTC +04:00)
Yanvarın 24-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin görüşü olub.
Davosda Azərbaycan və İsveçrə prezidentlərinin görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Yanvarın 24-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin görüşü olub.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda inkişaf perspektivlərinin önəmi vurğulandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident Ueli Maurer son illərdə Azərbaycanın qazandığı yüksək iqtisadi nailiyyətlərə görə Prezident İlham Əliyevi təbrik etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti