...

Bakıda gənclər Əkrəm Əylislinin "Daş yuxular" əsərinə etiraz ediblər (FOTO)

Siyasət Materials 31 Yanvar 2013 16:22 (UTC +04:00)
Bir qrup Azərbaycan gəncləri, "Qaçqın və Məcburi Köçkün Gənclər" İctimai Birliyi yazıçı Əkrəm Əylislinin "Daş yuxular" əsərinə etiraz olaraq onun evinin qarşısında icazəsiz aksiya keçirməyə cəhd ediblər.
Bakıda gənclər Əkrəm Əylislinin "Daş yuxular" əsərinə etiraz ediblər (FOTO)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bir qrup Azərbaycan gəncləri, "Qaçqın və Məcburi Köçkün Gənclər" İctimai Birliyi yazıçı Əkrəm Əylislinin "Daş yuxular" əsərinə etiraz olaraq onun evinin qarşısında icazəsiz aksiya keçirməyə cəhd ediblər.

Trend-in məlumatına görə, gənclər aksiyada "Əkrəm ara, düşmənə uydun nədən, cəhənnəm ol ölkədən!", "Sənin bu ölkədə yaşamağa haqqın yoxdur!", "Erməniyə ar olsun, Əkrəm ara kor olsun!", "Azərbaycan sənə dar gəlir!", "Öz qələmini xalqa çevirənlərə ar olsun!" kimi şüarlar səsləndiriblər.

Aksiya icazəsiz olduğundan, polislər aksiyanı dağıdıblar.

Gənclər Əkrəm Əylislinin şəklini yandırıblar və yumurta atıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti