...

Partiya rəhbəri Əkrəm Əylislini müdafiə edənlərin əməllərindən təəssüflənir

Siyasət Materials 14 Fevral 2013 17:31 (UTC +04:00)
Vəhdət Partiyasının rəhbəri Ziyalılar Forumunun, İctimai Palatanın Əkrəm Əylislinin "Daş yuxular" əsərinin müdafiəsi ilə bağlı göstərdiyi cəhdlərdən təəssüf hissi keçirir.
Partiya rəhbəri Əkrəm Əylislini müdafiə edənlərin əməllərindən təəssüflənir

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

Vəhdət Partiyasının rəhbəri Ziyalılar Forumunun, İctimai Palatanın Əkrəm Əylislinin "Daş yuxular" əsərinin müdafiəsi ilə bağlı göstərdiyi cəhdlərdən təəssüf hissi keçirir.

"Bu elə bir məsələdir ki, burada gətirilən arqumentlər olduqca sönükdür. Mən bu müdafiəni Əkrəm Naibovun son dövrlər Ziyalılar Forumunda təmsilçiliyi ilə bağlı olduğunu, eyni zamanda, bu mövqeni "kim bizdəndirsə onun səhvlərindən də, günahlarından da keçmək olar" mövqeyi kimi qarşılayıram", - bu barədə Trend-ə partiya sədri Tahir Kərimli deyib.

O qeyd edib ki, burada göstərilən arqumentlər olduqca cılızdır, çünki bundan ibarətdir ki, bu, Əkrəmin konstitusion hüququdur, o, insan haqlarını müdafiə edib, söz azadlığı var.

"Məgər insan haqları, söz azadlığı ermənilərə aid bir məsələdir? Bəs ermənilərin azərbaycanlıları əsl soyqırıma məruz qoymaları, kütləvi şəkildə qətl etmələri və bu gün də Azərbaycan torpaqlarını işğal etmələri - bütün bunlar azərbaycanlıların insan haqları deyilmi? Bunlar yazılmalı, təsvir edilməli deyilmi? Bunlar müdafiə edilməli deyilmi? Necə ola bilər ki, söz azadlığı, insan haqları ancaq ermənilərin müdafiəsinə yönəlsin?" - deyə Kərimli vurğulayıb.

O qeyd edib ki, Əkrəm Əylislini müdafiə edənlər özlərini gözdən saldılar. "Bəlkə də kimlərsə onlara inanırdı, ancaq artıq mən əminəm ki, o inam da əridi, cünki hər şeydən öncə burada müxalifətin dar maraqları var və bu, bir daha göstərdi ki, bunlar milli mənafeləri özlərinin müxalif mövqelərinə tabe etdirməkdən çəkinmirlər", - partiya sədri deyib.

O vurğulayıb ki, Əkrəm Əylislinin öz millətinə qarşı haqsız mövqeyini bölüşmək, əlbəttə ki, erməni dəyirmanına su tökməkdən başqa bir şey deyil. "İctimai Palatada da, Ziyalılar Forumunda da, yəni özlərini lider hesab edənlər yaxşı bilirlər ki, bu, ermənilərin anti-Azərbaycan təbliğatına xidmət edən bir şeydir və bu fikri səsləndirməklə özlərini onların sırasına qatdılar", - Kərimli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti