Azərbaycan, Bakı, 22 fevral / Trend, müxbir R.Hafizoğlu /
Türkiyə və BƏƏ 200 milyon dollar məbləğində hərbi sahədə əməkdaşlıq imzalayıb. Bunu Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin müşaviri Murat Bayar bildirib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Sabah" qəzeti xəbər yayıb.
Bayarın sözlərinə görə, saziş çərçivəsində BƏƏ Türkiyədən lazer tuşlayıcısı olan "CIRIT" tipli raketlər alacaq.
O həmçinin əlavə edib ki, Türkiyə gələcəkdə də hərbi gücünü inkişaf etdirəcək.