...

Türkiyənin Azərbaycancandakı səfiri Abdullah Gülün erməni həmkarını təbrik etməsinə aydınlıq gətirib

Siyasət Materials 22 Fevral 2013 17:00 (UTC +04:00)
Türkiyənin Azərbaycancandakı səfiri İsmayıl Alpər Coşqun Türkiyə Prezidenti Abdullah Gülün Ermənistanda prezident seçkilərinin nəticələri tam açıqlanmamış Serj Sarkisyanı təbrik etməsinə aydınlıq gətirib.
Türkiyənin Azərbaycancandakı səfiri Abdullah Gülün erməni həmkarını təbrik etməsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İzzət/

Türkiyənin Azərbaycancandakı səfiri İsmayıl Alpər Coşqun Türkiyə Prezidenti Abdullah Gülün Ermənistanda prezident seçkilərinin nəticələri tam açıqlanmamış Serj Sarkisyanı təbrik etməsinə aydınlıq gətirib.

"Dağlıq Qarabağ məsələsində beynəlxalq arenada Azərbaycanın yanında Türkiyədən daha fəal, daha qərarlı bir ölkə yoxdur. Bunu yaxşı xatırlamaq lazımdır. Təbrikə gəlincə, bu məsələdə heç bir hissə qapılmaq lazım deyil. Bu, sadəcə protokol bir qaydadır", - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Alper Coşqun deyib.

Səfirin sözlərinə görə, Dağlıq Qarabağ məsələsində bütün dünyada Azərbaycanın yanında bir tək ölkə var, o da Türkiyədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti