...

Azərbaycan XİN: Xocalı kimi dəhşətli cinayət törədən ölkəni mədəni adlandırmaq olmaz

Siyasət Materials 1 Mart 2013 12:18 (UTC +04:00)
Özünü mədəni ölkə kimi təqdim etməyə çalışan Ermənistan 20-ci əsrin sonlarında Xocalı kimi cinayəti törətməklə bunun əksini sübut etdi- Azərbaycan XİN nümayəndəsi Elman Abdullayev bildirib.
Azərbaycan XİN: Xocalı kimi dəhşətli cinayət törədən ölkəni mədəni adlandırmaq olmaz

Azərbaycan, Bakı 1 mart / müxbir Trend S.Ağayeva /

Özünü mədəni ölkə kimi təqdim etməyə çalışan Ermənistan 20-ci əsrin sonlarında Xocalı kimi cinayəti törətməklə bunun əksini sübut etdi. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

"Dinc insanları məhv edənlər mədəni adlandırıla bilməzlər. Həticədə uzağı görməyən və dağıdıcı siyasət yürüdən Ermənistan, əzabkeş erməni xalqının imicini yaratmaq cəhdini məhv etdi", - deyə Abdullayev bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin cəhdləri öz xalqını aldatmaq strategiyasını seçdiyini göstərir ki, bu da nəticədə Dağlıq Qarabağ münaqişəsinin həllinin yubanmasına gətirib çıxarır.

"Ermənistanın rəhbərliyinə məxsus öz günahının başqasının üzərinə atmaq istəyi Dağlıq Qarabağ münaqişənin həllində hakimiyyətin qeyri-obyektiv mövqe tutduğunu göstərir", - XİN nümayəndəsi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti