Azərbaycan, Bakı, 4 Mart /Trend, müxbir A. Tağıyeva/
Yunanıstanın Baş naziri Antonis Samaras rəsmi səfərlə Türkiyəyə gəlib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Doğan" agentliyi məlumat yayıb.
İstanbula səfəri zamanı hava limanında onu AB üzrə nazir Egemen Baxış və İstanbulun meri Hüseyn Avni Mutlu qarşılayıblar.
Birgünlük səfər çərçivəsində Samarasın Baş nazir Rəcəb Tayyip Ərdoğan və Prezident Abdullah Güllə görüşəcəyi gözlənilir.