...

Ərdoğan: Türkiyə və Yunanıstan terrorizmlə birgə mübarizə aparacaqlar

Siyasət Materials 4 Mart 2013 17:02 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan yunanıstanlı həmkarı Antonis Samarasla keçirdiyi görüşdə hər iki ölkənin terrorizmlə birgə mübarizə aparacağını bildirib.
Ərdoğan: Türkiyə və Yunanıstan terrorizmlə birgə mübarizə aparacaqlar

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan yunanıstanlı həmkarı Antonis Samarasla keçirdiyi görüşdə hər iki ölkənin terrorizmlə birgə mübarizə aparacağını bildirib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

"Hər iki ölkə terrorizmdən yetərincə əziyyət çəkib və bundan sonra da terrorizmlə birgə mübarizə aparacaq", - Ərdoğan deyib.

Baş nazirin sözlərinə görə, yunan həmkarı ilə görüşü zamanı bir çox regional məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti