...

YAP-ın nümayəndə heyəti Hikmət Atayevin dəfn mərasimində iştirak etmək üçün Zaqatalaya gedib

Siyasət Materials 8 Mart 2013 13:00 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin deputatı Hikmət Atayevin dəfn mərasimində iştirak etmək üçün Zaqatalaya gedib.
YAP-ın nümayəndə heyəti Hikmət Atayevin dəfn mərasimində iştirak etmək üçün Zaqatalaya gedib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İ.İzzət/

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin deputatı Hikmət Atayevin dəfn mərasimində iştirak etmək üçün Zaqatalaya gedib. Bu barədə Trend-ə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

Qeyd edək ki, martın 7-də saat 21:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun Balakən rayonunun Poçtbinə kəndi ərazisində Milli Məclisin deputatı Hikmət Atayev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən əks istiqamətdən hərəkət edən Poçtbinə kənd sakini Şaban Qardaşovun idarə etdiyi "VAZ-21015" markalı avtomobillə toqquşub.

Nəticədə H.Atayev hadisə yerində vəfat edib, digər avtomobilin sürücüsü Şaban Qardaşov və sərnişini Vüsal Bodurov isə bədən xəsarətləri alıblar.

Atayev bu gün dəfn olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti