...

ATƏT-in baş katibi Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək

Siyasət Materials 13 Mart 2013 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E. Tariverdiyeva/

ATƏT-in baş katibi Lamberto Zannier martın 15-də Azərbaycana gələcək. Bu barədə çərşənbə günü Trend-ə təşkilatın Bakı ofisindən bildiriblər.

Zannierinin Bakıda ölkə rəhbərliyi, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşləri planlaşdırılıb.

"Səfər çərçivəsində ATƏT-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələləri müzakirə ediləcək" , - ATƏT-in Bakı ofisindən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti