...

İlham Əliyev irlandiyalı həmkarını təbrik edib

Siyasət Materials 16 Mart 2013 17:00 (UTC +04:00)
Prezident İlham Əliyev İrlandiyanın dövlət başçısı Maykl Higginsə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
İlham Əliyev irlandiyalı həmkarını təbrik edib

Azərbaycan, Bakı, 16 mart /Trend/

Prezident İlham Əliyev İrlandiyanın dövlət başçısı Maykl Higginsə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir:"Ölkənizin milli bayramı - Müqəddəs Patrik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Ümidvaram ki, Azərbaycan ilə İrlandiya arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir".

Prezident sonda irlandiyalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost İrlandiya xalqına daim sülh və rifah diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti