...

Azərbaycanla GUAM arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 19 Mart 2013 11:48 (UTC +04:00)
Valeri Çeçelaşvili təşkilatın fəaliyyəti və digər beynəlxalq qurum və ölkələrlə əməkldaşlığı haqqında məlumat verib. GUAM-ın baş katibi Bakıda keçirilən terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr edilmiş beynəlxalq konfransın əhəmiyyətini qeyd edib.
Azərbaycanla GUAM arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Mehdiyev/

Xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın baş katibi Valeri Çeçelaşvilini qəbul edib.

Trend-in XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla GUAM arasında əməkdaşlığın cari vəziyyəti və əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, təşkilata üzv ölkələr arasında nəqliyyat, turizm, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Valeri Çeçelaşvili təşkilatın fəaliyyəti və digər beynəlxalq qurum və ölkələrlə əməkldaşlığı haqqında məlumat verib. GUAM-ın baş katibi Bakıda keçirilən terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr edilmiş beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. O, təşkilatın müasir dövrün çağırışları, kiber cinayətkarlıq kimi yeni qlobal təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı GUAM-ın nəzərdə tutulan tədbirləri barəsində fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti