...

Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın 128-ci Assambleyasında iştirak edəcək

Siyasət Materials 19 Mart 2013 20:12 (UTC +04:00)
Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın 128-ci Assambleyasında iştirak etmək üçün martın 20-də Ekvadorun Kito şəhərinə yola düşəcək.
Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın 128-ci Assambleyasında iştirak edəcək

Azərbaycan, Bakı, 19 mart /Trend/

Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın 128-ci Assambleyasında iştirak etmək üçün martın 20-də Ekvadorun Kito şəhərinə yola düşəcək.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin deputatları Səməd Seyidov, Sahibə Qafarova, Fuad Muradov və Cavanşir Feyziyev daxildirlər.

Assambleyada "Kortəbii inkişafdan məqsədyönlü tərəqqiyə doğru: yeni yanaşmalar, yeni həll yolları" mövzusunda fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın perspektivləri, münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə ediləcək, bir sıra ölkələrin parlament rəhbərliyi ilə görüşlər keçiriləcək.

İclaslarda Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Assambleya çərçivəsində təşkilatın Beynəlxalq sülh və təhlükəsizlik üzrə daimi komitəsində Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə çıxışı dinləniləcək, suallara cavab veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti