Azərbaycan, Bakı, 24 mart /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın Prezidenti Karolos Papulyasa ölkəsinin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda deyilir: "Hörmətli cənab Prezident, Yunanıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan-Yunanıstan əlaqələrinin, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir".
İlham Əliyev sonda yunanıstanlı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Yunanıstan xalqına isə daim firavanlıq və tərəqqi arzulayıb.