...

Nikolay Bordyuja: KTMT Əfqanıstandan təşkilatın üzv-ölkələrinin ərazisi ilə silah daşınmasına mane olmayacaq

Siyasət Materials 26 Mart 2013 17:25 (UTC +04:00)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Əfqanıstandan təşkilatın üzv-ölkələrinin ərazisi üzərindən silah daşınmasına mane olmayacaq.
Nikolay Bordyuja: KTMT Əfqanıstandan təşkilatın üzv-ölkələrinin ərazisi ilə silah daşınmasına mane olmayacaq

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İzzət/

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Əfqanıstandan təşkilatın üzv-ölkələrinin ərazisi üzərindən silah daşınmasına mane olmayacaq.

Trend-in KirTAQ-a istinadən verdiyi xəbərə görə, bunu çərşənbə axşamı Qırğız-Rusiya Slavyan Universitetində mühazirə oxuyan KTMT-nin baş katibi Nikolay Bordyuja deyib.

"Silahların daşınmasına mane olmağın nə mənası var? Əfqanıstandakı əməliyyatlar bütün dövlətlərin maraqları çəçivəsində həyata keçirilir. Əgər oradan çıxararlarsa, Tanrı xatirinə - bu onların silahlarıdır", Bordyuja vurğulayıb.

O, həmçinin qeyd edib ki, normativ bazaya əsasən, KTMT-nin Kollektiv Operativ Reaksiya Qüvvələri (KORQ) digər dövlətlərin siyasi işlərinə qarışmır və öz üzərinə jandarm funksiyasını götürə bilməz. KORQ mülki sakinlərə qarşı deyil, cinayətkar qruplaşmalarla mübarizə məqsədilə yaradılıb.

"Lakin sülhməramlılar var ki, onlar milli təhlükəsizlik sistemləri daxili münaqişələrin qarşısını ala bilmədikdə qarşı duran tərəfləri təcrid etmək üçün təlim keçiblər" - deyə o, əlavə edib.

Bordyuja bildirib ki, hərbi bazaların yerləşdirilməsi və ya çıxarılması haqda qərar vermək Qırğızıstanın suveren hüququdur.

"Hərbi bazaların yerləşdirilməsi və çıxarılması qərarı Qırğızıstanın suveren hüququdur. Baza Əfqanıstandakı sülhməramlı qüvvələrə dəstək üçün, eyni zamanda əməliyyatların aparılması və başa çatırılması anınadək müvəqqəti əsasda fəaliyyət göstərməlidir. 2014-cü ildə qoşunlar çıxarılır, görünür bazalar müvəqqəti olduğundan bağlanmalıdır", Bordyuja deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti