...

Elmar Məmmədyarov: Azərbaycan, Türkiyə və Gürcüstan arasında münasibətlər nümunəvidir

Siyasət Materials 28 Mart 2013 16:14 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə, Gürcüstan və Azərbaycan arasında münasibətləri nümunəvi adlandırıb.
Elmar Məmmədyarov: Azərbaycan, Türkiyə və Gürcüstan arasında münasibətlər nümunəvidir

Gürcüstan, Tbilisi, 28 mart /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə, Gürcüstan və Azərbaycan arasında münasibətləri nümunəvi adlandırıb.

Trend-in məlumatına görə, Məmmədyarov cümə axşamı Batumidə XİN rəhbərlərinin görüşünün yekunu üzrə keçirilən birgə mətbuat konfransında bəyan edib ki, bu münasibətlərin təzahürü bugünkü görüş oldu.

"Biz qarşılıqlı anlaşma şəraitində regiondakı vəziyyəti, Cənubi Qafqazda sabitliyin təminatı məsələlərini müzakirə etdik", - o qeyd edib.

Azərbaycan XİN rəhbəri deyib ki, tərəflər həm üçtərəfli formatda münasibətləri, həm də üç ölkənin beynəlxalq problemlərə yanaşmalarını müzakirə ediblər.

"Xüsusən, mövqelərimizin üst-üstə düşdüyü Suriya problemini müzakirə etdik", - Məmmədyarov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti