...

Azərbaycanın solçu partiyası müxalifətin vahid namizəd məsələsini mümkünsüz sayır

Siyasət Materials 9 Aprel 2013 14:03 (UTC +04:00)
Solçu Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) qarşıdan gələn prezident seçkilərində müxalifətin vahid namizəd ilə iştirakını mümkünsüz sayır.
Azərbaycanın solçu partiyası müxalifətin vahid namizəd məsələsini mümkünsüz sayır

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Mehdiyev/

Solçu Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) qarşıdan gələn prezident seçkilərində müxalifətin vahid namizədlə iştirakını mümkünsüz sayır.

"Vahid namizəd olmayacaq, bunlar hamısı boş şeydir. Onların şəxsi ambisiyaları ağıllarından çoxdur", - bu barədə Trend-ə ASDP sədri Araz Əlizadə deyib.

Bu baxımdan o qeyd edib ki, rəhbərlik etdiyi partiya heç bir siyasi blokda, birlikdə iştirak etməyəcək.

Partiya sədri seçkilərdə öz namizədləri ilə iştirak edəcəyini diqqətə çatdırıb.

"Biz qərara almışıq ki, prezident seçkilərində öz namizədimizlə iştirak edəcəyik. Namizədin kim olacağını hələ müəyyən etməmişik", - Əlizadə deyib.

Əlizadənin sözlərinə görə, partiya qurultayının qərarına əsasən, əgər partiyanın namizədi qeydiyyata alınmasa, o zaman partiya üzvləri öz seçimlərində azaddırlar, yəni kimə istəyərlər, ona da səs verərlər.

"Hələlik biz imzanın necə toplanması, müşahidəçiliyin necə aparılması barədə treyninqlər keçirdirik", - Əlizadə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti