...

Türkiyə Yaponiyadan 2020-ci il Olimpiya oyunlarının keçirilməsindən imtina etməyi xahiş edib

Siyasət Materials 4 May 2013 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yaponiyalı həmkarı Sindzo Abeyə Tokionun 2020-ci il Yay Olimpiya və Paralimpiya oyunları keçirməsinə dair sifariş ərizəsini geri götürməsi haqqında xahişlə müraciət edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Hürriyyət" qəzeti xəbər yayıb.

"Sinop" AES-in tikintisi ilə bağlı sazışın imzalanmasından sonra mən Yaponiyanın Baş nazirindən 2020-ci il yay Olimpiya və Paralimpiya oyunları keçirməkdən imtina edilməsi barədə xahiş etdim. Ümid edirəm ki, o, Tokio merinə müvafiq göstərişləri verəcək", - Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Yaponiyada artıq Olimpiya oyunları keçirilib. Buna görə də, bu dəfə ölkə Olimpiya oyunlarınınTürkiyədə keçirilməsini güzəştə getməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti