...

Azərbaycan-Şri Lanka biznes forumu keçiriləcək

Siyasət Materials 6 May 2013 16:14 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şri Lanka Demokratik Sosialist Respublikasına səfəri çərçivəsində bu ölkənin iqtisadi inkişaf naziri Basil Racapaksa ilə görüş keçirib.
Azərbaycan-Şri Lanka biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şri Lanka Demokratik Sosialist Respublikasına səfəri çərçivəsində bu ölkənin iqtisadi inkişaf naziri Basil Racapaksa ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Racapaksa görüşdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, həmçinin Azərbaycan-Şri Lanka əlaqələrinin turizm, mədəniyyət, qarşılıqlı investisiyaların qoyulması kimi sahələrdə inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib.

Xarici işlər naziri Elmar Məmmədyarov, öz növbəsində, Azərbaycanın Asiya regionu ölkələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Nazir, həmçinin iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi üçün müqavilə hüquq bazasının möhkəmləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Nazirlər iki ölkə arasında iqtisadi əməkdaşlıq potensialının öyrənilməsi məqsədilə hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumların keçirilməsi üzrə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti