...

Ermənistan hökumətində Baş nazirin bir neçə müavini olacaq

Siyasət Materials 8 May 2013 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Ermənistan hökuməti "Ermənistan Respublikası hökumətinin strukturu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsini Milli Yığıncağa təqdim etmək niyyətindədir. Bu barədə Trend çərşənbə günü Ermənistan KİV-ə istinadən məlumat verir.

Bu sənəd nazirə respublika hakimiyyətinin icra orqanı aparatının rəhbəri səlahiyyətlərini verməyi nəzərdə tutur.

Buna görə də Baş nazir Tiqran Sarkisyan hökumətdə Baş nazirin bir neçə müavininin olmasını zəruri hesab edir. O, ölkənin dövlət başçısı Serj Sarkisyanın müavinlərinin sayının artırılmasını dəfələrlə qeyd etdiyini xatırladıb.

Tiqran Sarkisyan əlavə edib ki, yeni nazir dövlət idarəçiliyi, təhsil və səhiyyə sahələrində islahatları əlaqələndirməlidir. Çünki bu islahatlar müxtəlif qurumların fəaliyyətinin əlaqələndirilməsini tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti