Azərbaycan, Bakı, 14 may/Trend/
Yunanıstanın Baş naziri Antonis Samaras mayın 19-da Azərbaycana birgünlük səfər edəcək.
Trend-in çərşənbə axşamı Yunanıstan KİV-ə istinadən verdiyi məlumata görə, Azərbaycan hökuməti ilə danışıqlarda əsas mövzu TAP boru kəməri sazişinin təhlükəsizliyini təmin etmək olacaq.
Məlumata görə, Samaras Bakıya Çinə səfərindən (mayın 14-18-i) sonra gələcək.