...

Prezident İlham Əliyev BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov ilə görüşüb (FOTO)

Siyasət Materials 14 May 2013 19:06 (UTC +04:00)
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriyaya rəsmi səfəri çərçivəsində BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov ilə görüşmüşdür.
Prezident İlham Əliyev BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend/

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriyaya rəsmi səfəri çərçivəsində BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov ilə görüşmüşdür.

Dövlətimizin başçısı BMT-nin Vyana ofisinə gəldi.

Baş direktor Yuri Fedotov Prezident İlham Əliyevi qarşıladı.

Görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi bu qurumun, ümumiyyətlə BMT-nin həyata keçirdiyi fəaliyyətə və ümumi proseslərə töhfə verdiyi qeyd olundu. Eyni zamanda, BMT-nin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən tədbirlərin Azərbaycanda keçirilməsinin önəmi vurğulandı.

Görüşdə Azərbaycan ilə BMT-nin Vyana ofisi arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti