...

Azərbaycan və NATO arasında Planlaşdırma və Analiz Prosesi çərçivəsində növbəti görüş keçirilib

Siyasət Materials 17 May 2013 22:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend/

Mayın 17-də NATO-nun mənzil-qərargahında NATO və Azərbaycan arasında Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində Siyasi və Tərəfdaşlıqlar Komitəsində növbəti görüş keçirilib. Trend-in məlumatına görə, Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri, NATO-nun üzv və bir sıra tərəfdaş ölkələrinin rəsmiləri, həmçinin NATO-nun Beynəlxalq və Beynəlxalq Hərbi Katibliyinin mütəxəssislərinin iştirakı ilə keçirilmiş görüş zamanı Azərbaycanda aparılan müdafiə islahatları, qarşılıqlı əməkdaşlıq və NATO qüvvələri ilə uyarlılıq məsələləri müzakirə edilib və alyans əməliyyatlarına Azərbaycanın töhfəsi yüksək qiymətləndirilib.

Sözügedən görüş NATO ekspertlərindən ibarət qrupun cari ilin 9-12 aprel tarixlərində ölkəmizə səfərin nəticələrinə əsasən həyata keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sərhəd Xidmətinin rəsmiləri, həmçinin NATO yanında nümayəndəliyin əməkdaşları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti