...

Xələf Xələfov: İranda saxlanılan Azərbaycan vətəndaşlarının məsələsi daim nəzarətdədir

Siyasət Materials 18 May 2013 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir E.Mehdiyev/

Hər bir Azərbaycan vətəndaşı harada olmasından asılı olmayaraq, dövlətin qayğısı və müdafiəsi altındadır. Azərbaycan Milli Elmər Akademiyasının işçisi Xalidə Xalid və onun köməkçisinin İranda həbs məsələsi daim nəzarətdədir və bu məsələ araşdırılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasaında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Xələfov vurğulayıb ki, Azərbaycanın həm Təbrizdəki Baş Konsulluğu, həm də İrandakı səfirliyi İranın müvafiq orqanları ilə təmas saxlayır: "Onlarla görüşmək üçün baş konsulu qarşısında tapşırıq qoymuşuq. Eyni zamanda İranla əlaqə saxlayırıq ki, bu məsələ həll olunsun.

Şeyxülislam Allahşükür Paşazadənin İrana səfəri ilə bağlı fikirlərini bildirən Xələfov deyib ki, Azərbaycanda din dövlətdən ayrıdır: "Biz Allahşükür Paşazadənin İrana səfər etməsinə normal, adi baxırıq. Səfər də proqram çərçivəsində həyata keçiriləcəkdir. O ki qaldı, hər hansı bir Azərbaycan vətəndaşının müdafiəsi ilə əlaqədar qurumlar qarşısında məsələnin qaldırımasına, əlbəttə, buna şeyx həzrətlərinin öz səyləri, təşəbbüsü çərçivəsində baxıla bilər".

Xatırladaq ki, aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti