...

Xəzər İbrahim: 2014-cü ildən sonra Azərbaycan qüvvələri Əfqanıstanda qalacaq

Siyasət Materials 22 May 2013 11:42 (UTC +04:00)
2014-cü ildən sonra Azərbaycan qüvvələri Əfqanıstanda qalacaq. Azərbaycan orada qalacağını bəyan edən və təsdiq edən 8 tərafdaş ölkədən biridir.
Xəzər İbrahim: 2014-cü ildən sonra Azərbaycan qüvvələri Əfqanıstanda qalacaq

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir E.Mehdiyev/

2014-cü ildən sonra Azərbaycan qüvvələri Əfqanıstanda qalacaq. Azərbaycan orada qalacağını bəyan edən və təsdiq edən 8 tərafdaş ölkədən biridir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın NATO-dakı səfiri Xəzər İbrahim deyib.

Onun sözlərinə görə, 2014-cü ildən sonra Əfqanıstanda olan qüvvələr tam çıxarılmayacaq, kontinqent azalacaq:

"Orada missiyanın adı və mahiyyəti dəyişəcək. Onun mahiyyəti odur ki, Əfqanıstan qüvvələri üçün təlim-tədris və yardım təşkil olunacaq. 2014-cü ildən sonra missiya üçün iki sənəd hazırlanmalıdır".

İbrahim qeyd edib ki, bunlar Əməliyyat üçün konsepsiya və Əməliyyat üçün tələbatlardır: "Onları NATO hazırlayır, amma hələlik tərtib olunmayıb. Həmin sənədlər hazır olandan sonra Azərbaycan və digər ölkələr Əfqanıstanın inkişafına nə verə biləcəklərini deyə bilərlər".

Əfqanıstandan Azərbaycan vasitəsi ilə yüklərin daşınmasına toxunan İbrahim bildirib ki, Azərbaycanın hava məkanı Əfqanıstan üçün açıqdır və bağlamaqda marağı yoxdur:

"Əfqanıstana yüklərin 35 faizi Azərbaycan vasitəsi ilə daşınılır. Hava məkanından başqa, yerüstü və dəniz vasitəsi ilə yükdaşımalar üçün geniş imkanlar açılacaq. Bakı-Tiflis-Qars dəmir yolunun tikintisindən və Ələtdə dəniz limanının açılmasından sonra yükdaşımaların həcmi artacaq və ən vacibi odur ki, bu, ən ucuz və ən qısa yol olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti