Azərbaycan, Bakı, 23 may /Trend, müxbir V. Javoronkova/
Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahim hesab edir ki, Azərbaycanın Avroatlantika siyasəti uğurla davam etdiriləcək.
Azərbaycan və NATO arasındakı əməkdaşlıq təhlükəsizlik, fövqəladi hallar, ərazilərin minalardan təmizlənməsi, hərbi sahədə islahatlar və başqa sahələr daxil olmaqla ən müxtəlif sahələri əhatə edir. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Xəzər İbrahim bildirib.
Onun sözlərinə görə, Azərbaycan Əfqanıstanda sülhün və stabilliyin bərpa olunmasına öz töhvəsini verməyə davam etdirir və bu iş Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin istismara verilməsindən sonra genişləndiriləcək.
Yaxın vaxtlarda ölkə rəhbərliyi ilə sonrakı əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədi ilə alyansın nümayəndələrinin Bakıya səfər edəcəyi planlaşdırılır.