...

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər davam edir (ƏLAVƏ OLUNUB-11)

Siyasət Materials 10 İyun 2013 23:43 (UTC +04:00)
Bir sıra ölkələrin dövlət başçıları Prezident İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıblar.
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər davam edir (ƏLAVƏ OLUNUB-11)

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Bir sıra ölkələrin dövlət başçıları Prezident İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıblar.

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Vələd Əbdüləzizdən:

"Azərbaycan Respublikasının milli bayramı Respublika Günü münasibətilə Sizə Mavritaniya xalqı və hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.

Dost xalqlarımızın müştərək mənafeyi naminə ölkələrimiz arasında özünəməxsus əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində Sizinlə işi davam etdirməkdə maraqlı olduğumuzu vurğulayıram.

Zati-aliləri, dostum və qardaşım, hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan:

"Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

İnanıram ki, Azərbaycan dövlətçiliyinin bərpası günü təkcə əlamətdar tarix deyil, həm də azadlıqsevər Azərbaycan xalqının ümidlərinin doğrulmasını təcəssüm etdirən tarixi əhəmiyyətli hadisədir.

Əminəm ki, xalqlarımız arasında qarşılıqlı anlaşmanın səviyyəsi Ukraynanın və Azərbaycanın firavanlığının etibarlı rəhnidir, ölkələrimizin topladığı müsbət əməkdaşlıq potensialı isə bundan sonra da iqtisadi və humanitar sahələrdə, regionlararası əməkdaşlıq sahəsində yeni layihələrlə zənginləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə siyasi fəaliyyətinizdə uğurlar, əməksevər Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

Albaniya Prezidenti Buyar Nişanidən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə xoşbəxtlik, Azərbaycan xalqına isə rifah və tərəqqi arzulamaqdan böyük məmnunluq duyuram.

Ölkəmin Albaniya və Azərbaycan arasındakı dostluq münasibətlərini inkişaf etdirməyə və hər iki ölkənin qarşılıqlı marağına uyğun olaraq yeni əməkdaşlıq sahələrini araşdırmağa sadiqliyini bir daha təsdiq edərək, Zati-aliləri, ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm".

Monteneqro Prezidenti Filip Vuyanoviçdən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.

Azərbaycan və Monteneqro arasında hər zaman səmimi və dost münasibətlər mövcud olmuşdur. Böyük məmnuniyyətlə vurğulamaq istərdim ki, yüksək səviyyəli qarşılıqlı səfərlərimiz hərtərəfli əməkdaşlığımıza ciddi təkan vermiş və ölkələrimiz arasındakı əlaqələri dünyada dostluq və əməkdaşlığın örnəyinə çevirmişdir. Monteneqroya rəsmi səfəriniz zamanı Bəyannamənin imzalanması qarşılıqlı anlaşma və etimadın göstəricisidir. Əminəm ki, gələcək əməkdaşlığımız dövlətlərimiz və xalqlarımız arasındakı əlaqələri daha da möhkəmləndirəcəkdir.

Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı və ali vəzifənizin icrasında uğurlar arzulayıram".

Norveç Kralı V Haralddan:

"Azərbaycan xalqının milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı şəxsən Sizə çatdırır və Azərbaycan xalqına rifah və çiçəklənmə arzulayıram".

İspaniyanın Kralı Xuan Karlosdan:

"Azərbaycanın milli bayramı münasibətilə Sizə İspaniya Hökuməti və xalqı ilə birlikdə təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və rifah arzularımı çatdırıram".

Latviya Respublikasının Prezidenti Andris Berzinşdən:

"Latviya xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Mən Azərbaycan Respublikasına bu yaxınlarda etdiyim rəsmi səfərimi məmnunluqla xatırlayıram. Son illər ölkələrimiz arasında münasibətlər uğurla inkişaf etmişdir. Çox şadam ki, bu münasibətlərin inkişafı dinamik şəkildə davam etməkdədir. Əminəm ki, Sizin rəhbərliyiniz sayəsində Latviya ilə Azərbaycan arasındakı əlaqələr qarşılıqlı fayda, inam və dostluq ruhunda inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-aliniz üçün münasib bir vaxtda Sizi Latviyaya səfərə dəvət etmək istərdim.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

Çex Respublikasının Prezidenti Miloş Zemandan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli qarşılıqlı faydalı əlaqələrin dinamik şəkildə davam etməsindən çox məmnunam. Sizi əmin edirəm ki, yeni seçilmiş Prezident kimi mən qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrimizin gələcək inkişafı istiqamətində işləmək istəyirəm.

Mən, həmçinin Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasına və onun xalqına böyük ehtiram və hörmət bəsləyirəm.

Çex Respublikası Azərbaycan Respublikasının yaxın dostu olaraq qalır, Avropa İttifaqı-Azərbaycan, NATO-Azərbaycan əlaqələrinin inkişafı və güclənməsinə töhfə verməyə hazırdır.

Zati-aliləri, xahiş edirəm mənim ən dərin ehtiramımı qəbul edin".

BMT-nin baş katibi Pan Gi Mundan:

"Milli bayram - Respublika Günü münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.

Hər bir ölkə öz mədəniyyətini, tarixini və nailiyyətlərini bayram edərkən qarşılıqlı asılılığı artan dünyamızda bizi bir-birimizə bağlayan əlaqələri dərk etmək vacibdir. Böyüklüyündən, kiçikliyindən, yaxud sərvətlərindən asılı olmayaraq, xalqlarımızın və planetimizin daha yaxşı sabahı naminə çalışmaqda bütün üzv dövlətlərin çox vacib rolu vardır.

Birləşmiş Millətlər Təşkilatı daha təhlükəsiz və sabit gələcək yaratmaq üçün əsas arenadır. Biz son illərdə çox şeyə, o cümlədən Minilliyin İnkişaf Məqsədlərinə dəstək üçün qlobal səfərbərliyə nail olmuşuq. 2015-ci ilədək hələ çox iş görülməlidir. 2015-ci il gündəliyindən sonra da yeni davamlı inkişaf məqsədlərinə nail olmaq üçün görüləsi çox iş olacaqdır.

Hamı üçün sülh, inkişaf və insan hüquqları kimi ümumi məqsədlərimiz naminə ölkənizin BMT-nin işində fəal iştirakı çox vacibdir.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikadan:

"Azərbaycan Respublikasının milli bayramı münasibətilə Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan hökumətinə ən səmimi təbriklərimi çatdıraraq, Sizə xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyirəm.

Fürsətdən istifadə edərək xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa hazır olduğumu bildirmək istərdim.

Cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

Oman Sultanı Qabus bin Said Al Saiddən:

"Ölkənizin milli bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunuq.

Bu fürsətdən istifadə edərək Sizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına davamlı tərəqqi və çiçəklənmə arzulayırıq".

Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasonedən:

"Azərbaycan Respublikasının milli bayramı münasibətilə Laos xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaq istərdim.

Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi, eləcə də regional və qlobal sülh və əməkdaşlıq naminə bundan sonra da inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

Myanma İttifaqı Respublikasının Prezidenti Theyn Seyndən:

"Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına Myanma İttifaqı Respublikasının xalqı adından ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Mən, həmçinin Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan Respublikasının xalqına sülh və tərəqqi arzulayıram.

Zati-aliləri, xahiş edirəm mənim ən dərin ehtiramımı qəbul edin".

Dominikan Respublikasının Prezidenti Danilo Medinadan:

"Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram. Gözəl xalqınıza tərəqqi və rifah arzulayıram".

Timor-Leste Demokratik Respublikasının Prezidenti Taur Matan Ruakdan:

"Azərbaycan Respublikasının müstəqillik gününün 95-ci ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı səmimi dostluq münasibətləri qorunub saxlanacaq və daha da güclənəcəkdir.

Zati-aliləri, ən dərin ehtiramımı və Sizə cansağlığı, Azərbaycan xalqına isə böyük uğurlar diləyimi qəbul etməyinizi xahiş edirəm".

Macarıstan Prezidenti Yanoş Aderdən:

"İcazə verin, Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza böyük hörmətlə salamlarımı çatdırım.

Macarıstan beynəlxalq birliyin nüfuzlu üzvü olan Azərbaycanın Cənubi Qafqaz regionunda sülhü gücləndirmək səylərini böyük maraqla və məmnunluqla izləyir.

Sizi əmin edə bilərəm ki, Macarıstan Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə və qarşılıqlı faydalı əməkdaşlıq formalarının genişləndirilməsinə hazırdır.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək səmimi ehtiramımı bildirmək istəyirəm".

Honduras Respublikasının Prezidenti Porfirio Lobo Sosadan:

"Azərbaycan Respublikasının müstəqilliyinin 95-ci ildönümü münasibətilə ən səmimi təbriklərimizi çatdıraraq Sizi salamlamaqdan şərəf hissi duyuram.

Fürsətdən istifadə edərək xalqınıza inkişaf və çiçəklənmə diləyimizi Zati-alinizə çatdırmaq istərdim.

Yaxın gələcəkdə hökumətinizlə həm beynəlxalq müstəvidə, həm də ikitərəfli əməkdaşlıqda daha möhkəm əlaqələrin qurulması bizim üçün çox xoş olardı.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksadan:

"Azərbaycan Respublikasının milli bayramı münasibətilə Şri-Lanka hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına ən xoş arzularımı, səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Əminəm ki, qarşılıqlı anlaşmaya əsaslanan sıx, səmimi münasibətlərimiz və əməkdaşlığımız ölkələrimizin mənafeyi naminə daha da möhkəmlənəcəkdir.

Zati-aliləri, xahiş edirəm Sizə möhkəm cansağlığı, xoşbəxtlik, rifah, Azərbaycan xalqına isə davamlı tərəqqi və çiçəklənmə diləyimi qəbul edin".

Livan Respublikasının Prezidenti General Mişel Süleymandan:

"Azərbaycanın milli bayramı münasibətilə Livan xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi, həmçinin Sizə xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə çiçəklənmə diləyimi çatdırmaq istərdim".

Moldova Respublikasının sabiq Prezidenti Vladimir Voronindən:

"Sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. Dövlətinizə firavanlıq və uğurlu inkişaf, Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm.

Son 20 ildə Azərbaycan Respublikasında müşahidə olunan müsbət dəyişikliklərin dinamikası və uzaq 1918-ci ildə qoyulmuş möhkəm təməl təkcə regionda deyil, həm də dünyada bir sıra ölkələr üçün nümunə olan müasir, inkişaf etmiş dövlətin mövcudluğunun qarantıdır. Azərbaycan Respublikasının uğurlu təşəkkülündə və mövcudluğunda bu dövlətin baniləri ilə yanaşı, onun səmərəli idarə olunmasını, habelə ölkənin sosial-iqtisadi və mədəni əsaslarının möhkəmlənməsi və inkişafı işində zəruri varisliyi təmin edən müasir rəhbərlər də böyük rol oynayır. Bununla əlaqədar, mübaliğəsiz deyə bilərəm ki, mənim müəllimim və dostum Heydər Əlirza oğlu Əliyevin Azərbaycanın dövlət quruculuğu işinə verdiyi töhfələr ən yüksək qiymətə layiqdir.

Əminəm ki, ölkənizin bundan sonrakı inkişaf yolu da uğurlu və dinamik, moldav və Azərbaycan xalqları arasında dostluq isə əbədi və sarsılmaz olacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə uğurlar, cansağlığı, Azərbaycan xalqının rifahı naminə bütün ideyalarınızın gerçəkləşməsini və yeni nailiyyətlər diləyirəm!"

İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonodan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram. İndoneziya xalqı da mənim təbriklərimə qoşulur.

İcazə verin, bu əlamətdar bayramın yaratdığı fürsətdən istifadə edərək bir daha bildirim ki, İndoneziya xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında mövcud olan yaxın və səmimi münasibətlərin gələcəkdə də gücləndirilməsinə hazırdır.

Azərbaycan Respublikasına davamlı sülh və rifah arzulayıram.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul edin".

Slovakiya Respublikasının Prezidenti İvan Qaşparoviçdən:

"Ölkənizin dövlət bayramı - Respublika Günü münasibətilə təbriklərimi qəbul edin. Sizə və Azərbaycan vətəndaşlarına ölkənizin rifahı və bütün Cənubi Qafqaz regionunda təhlükəsizlik naminə bol-bol uğurlar arzulayıram.

Eyni zamanda, arzu edirəm ki, Slovakiya ilə Azərbaycan Respublikası arasında ənənəvi səmimi qarşılıqlı münasibətlər gələcəkdə konkret əməkdaşlıq layihələrində əks olunsun.

Zati-aliləri, Sizə dərin ehtiramımı bildirmək istəyirəm".

Lüksemburqun Böyük Hersoqu Anridən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, Azərbaycan xalqına isə xoşbəxt gələcək arzulayıram".

Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan:

"Dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi Sizə bildirməkdən sevinc hissi duyuram. Bu fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında davamlı əlaqələrin inkişafını, Zati-alinizə möhkəm cansağlığı və səadət, ölkənizə və xalqınıza tərəqqi və çiçəklənmə arzuladığımızı bildiririk.

Möhtərəm Prezident, səmimi salamlarımı və xoş arzularımı qəbul edin".

Misir Ərəb Respublikasının Prezidenti Məhəmməd Mursidən:

"Zati-alinizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik edirəm.

Sizə və dost xalqınıza möhkəm cansağlığı, tərəqqi və çiçəklənmə arzu edirəm".

Tunis Respublikasının Prezidenti Monsef Marzukidən:

"Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və çiçəklənmə arzulayıram.
Dost ölkələrimizin mənafeyi naminə ikitərəfli əlaqələrimizin gücləndirilməsi və bütün sahələrdə qarşılıqlı mübadilənin genişləndirilməsi istiqamətində Sizinlə daha yaxından işləməyə ümid edirəm.

Zati-aliləri, xahiş edirəm Sizə möhkəm cansağlığı və uğurlar arzularımı qəbul edin".

Nepalın Prezidenti Ram Baran Yadavdan:

"Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və çiçəklənmə arzulayıram".

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zaid Al Nəhyandan:

"Azərbaycanın milli bayramı-Respublika Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. Sizə və qardaş Azərbaycan xalqına ən dərin ehtiramla xoşbəxtlik və bol-bol rifah arzulayıram".

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Neboyşa Radmanoviçdən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaq, ölkənizə davamlı çiçəklənmə arzulamaq mənim üçün şərəfdir.

Fürsətdən istifadə edərək əminliklə bildirirəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələri xalqlarımızın mənafeyi və rifahı naminə gələcəkdə də inkişaf edəcəkdir.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Mərakeşin Kralı VI Məhəmməddən:

"Azərbaycanın milli bayramı 28 May - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan, Sizə cansağlığı və xoşbəxtlik arzulamaqdan böyük məmnunluq duyur, xalqınıza isə davamlı tərəqqi və çiçəklənmə diləyirəm.

Fürsətdən istifadə edərək, xalqlarımızı birləşdirən İslami qardaşlıq münasibətlərinə, həmçinin ölkələrimiz arasındakı əməkdaşlıq və həmrəylik əlaqələrinə böyük önəm verdiyimi vurğulamaq istərdim.

Xalqlarımızın və bütün müsəlman aləminin mənafeyi naminə qarşılıqlı maraqlarımıza uyğun olaraq əlaqələrimizin inkişaf etdirilməsində Zati-alinizlə birgə çalışmaqda maraqlı olduğumu bildirmək istərdim".

Malayziyanın Ali Başçısı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişahdan:

"Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Malayziyanın birinci xanımı da mənim təbriklərimə qoşulur.

Əminik ki, Malayziya ilə Azərbaycan arasındakı dostluq münasibətləri gələcək illərdə də güclənəcəkdir və Azərbaycan Zati-alinizin müdrik rəhbərliyi altında daha da inkişaf edəcəkdir.

Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Zati-aliləri, ən dərin ehtiramımızı qəbul etməyinizi xahiş edirəm".

Malayziyanın Baş naziri Dato Sri Mohd Najibdən:

"Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü münasibətilə Malayziya hökuməti və xalqı adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycanda hər zaman sülh, tərəqqi və çiçəklənmə olacaqdır. Xalqlarımızın və ölkələrimizin mənafeyi naminə ikitərəfli əlaqələrimizin daha da güclənəcəyinə ümid edirəm.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Hökmdarı Məhəmməd bin Rəşid Əl Məktumdan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına firavanlıq arzu edirəm".

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tsvirkundan:

"İcazə verin, ilk növbədə, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.

İnanıram ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası arasındakı əlaqələr daha da inkişaf edəcək və bütün Qara dəniz regionuna sabitlik və tərəqqi gətirməyə yönəlmiş bir çox maraqlı layihələrin həyata keçirilməsi ilə nəticələnəcəkdir. Bu da əməkdaşlığın bir çox vacib sahələrində ölkənizin potensialını üzə çıxarmağa töhfə verəcəkdir. Sizin rəhbərlik təcrübəniz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası arasındakı münasibətlərdə vacib amil olacaqdır.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, ən dərin ehtiramımı çatdırıram".

Gürcüstanın Prezidenti Mixeil Saakaşvilidən:

"Respublika Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin və strateji əməkdaşlığın dinamik inkişafından məmnunluq duyuram. Ümidvaram ki, dövlətlərimiz təkcə iki ölkənin deyil, bütün regionun sülh, əmin-amanlıq və rifahının gücləndirilməsi naminə nümunəvi əməkdaşlıqlarını daha da möhkəmlədəcək və inkişaf etdirəcəklər.

Zati-aliləri, fürsətdən istifadə edərək bir daha ən dərin ehtiramımı bildirmək və Sizi bu əlamətdar bayram münasibətilə təbrik etmək istəyirəm".

Rumıniyanın Prezidenti Trayan Beseskudan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Rumıniya Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan, Azərbaycan xalqına isə çiçəklənmə arzulamaqdan böyük məmnunluq duyuram.

Bununla bərabər, hakimiyyətiniz dövründə əldə olunan və Azərbaycan Respublikasının demokratik inkişafına, müasirləşməsinə töhfəsini verən nailiyyətlərə görə Sizi təbrik etmək istəyirəm.

Fürsətdən istifadə edərək strateji tərəfdaşlığın yaradılması ilə bağlı Birgə Bəyannamə və strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planına uyğun olaraq Rumıniya ilə Azərbaycan arasındakı enerji sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğumu bildirmək istəyirəm. Eyni zamanda, Sizi əmin etmək istəyirəm ki, Rumıniya bundan sonra da Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, həmçinin Azərbaycan ilə Avropa və Avratlantik strukturlar arasındakı münasibətlərin inkişaf etdirilməsi istiqamətində dəstəyini əsirgəməyəcəkdir.

Əziz cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Serbiyanın Prezidenti Tomislav Nikoliçdən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ölkənizin tərəqqisi və xalqınızın rifahı naminə ən yaxşı arzularımı Zati-alinizə çatdırmaqdan məmnunam.

Xalqlarımız arasında ənənəvi dostluq, qarşılıqlı dəstək və anlayışa əsaslanan hərtərəfli əlaqələrimiz barədə bu yaxınlarda Bakıda etdiyimiz söhbətlər mənə belə bir inam verir ki, qarşılıqlı fayda naminə bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün bu əlaqələrimizi uğurla davam etdirəcəyik.

Zati-aliləri, Bakıda keçirdiyimiz görüşlərin və Sizin qonaqpərvərliyinizin unudulmaz xatirələri ilə dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm".

Yunanıstanın Prezidenti Karolos Papulyasdan:

"Azərbaycanın Respublika Günü münasibətilə yunan xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Sizin Yunanıstana səbirsizliklə gözlədiyim rəsmi səfəriniz hər iki xalqın mənafeyi naminə ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirəcəkdir.

Fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqına tərəqqi və rifah, Sizə isə möhkəm cansağlığı diləyirəm".

Litva Respublikasının Prezidenti Dalya Qribauskaytedən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Litva xalqı adından və şəxsən öz adımdan Sizə və xalqınıza səmimi təbriklərimi, Azərbaycanın rifahı və təhlükəsizliyi, davamlı inkişafı və əmin-amanlığı naminə ən xoş arzularımı çatdırıram.

Uzun illərdir ki, Azərbaycan regionda Avropa İttifaqının mühüm tərəfdaşıdır. Ona görə də, Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əlaqələri daha da inkişaf etdirmək üçün Sizə və ölkənizə səmimi qəlbdən dinamik inkişaf arzulayıram.

Qarşıdakı altı ayda Litva Avropa İttifaqı Şurasına sədrlik edəcəkdir. Çox ümidvaram ki, bu ilin sonunda baş tutacaq Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində ümumi nailiyyətlərimizi birləşdirib Azərbaycan ilə Avropa İttifaqı arasında daha güclü əməkdaşlıq əlaqələri qura biləcəyik.

Respublika Günü münasibətilə Sizi bir daha təbrik edirəm. Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesdən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Estoniya xalqı və şəxsən mən ölkələrimiz arasında onilliklərlə inkişaf edən yaxşı əlaqələrə böyük önəm veririk. Sizi əmin etmək istəyirəm ki, Estoniya artıq malik olduğumuz güclü əlaqələri saxlamağa çalışacaqdır.

Zati-alinizə yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan:

"Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Ölkələrimiz arasında səmimi və dostluq münasibətlərini yüksək qiymətləndirir, ikitərəfli və beynəlxalq əməkdaşlığımızın gələcəkdə daha da güclənməsinə ümid edirəm. Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".

Şimali Kipr Türk Respublikasının Prezidenti Dərviş Əroğludan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Şimali Kipr Türk Respublikasının xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına isə xoşbəxtlik, sülh və çiçəklənmə arzulayıram".

İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əlidən:

"Azərbaycanın Respublika Günü münasibətilə İslam İnkişaf Bankı Qrupunun adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Zati-alinizə İslam İnkişaf Bankı Qrupunun üzv ölkələrin davamlı tərəqqisi və inkişafı naminə göstərdiyi səylərə ölkənizin verdiyi dəstəkdən məmnunluq duyduğumuzu bildirmək istərdik.

Zati-alinizi əmin etmək istəyirəm ki, İslam İnkişaf Bankı Qrupu ölkənizin sosial-iqtisadi inkişafında və Azərbaycan ilə təşkilatın digər üzv ölkələri arasındakı əməkdaşlığın gücləndirilməsində dəstəyini bundan sonra da davam etdirəcəkdir.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Polşa Respublikasının Prezidenti Bronislav Komorovskidən:

"Polyak xalqı adından Sizi Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Cənubi Qafqaz regionunda Polşanın mühüm tərəfdaşı olmaqda davam etməkdədir. Müsbət əməkdaşlıq atmosferinin ticarət dövriyyəsi və sərmayələrin, həmçinin enerji layihələrinin inkişafına səbəb olacağına əminəm.

Polşa müstəqil Azərbaycanın həm daxili siyasətdə, həm də beynəlxalq arenadakı nailiyyətlərini yüksək qiymətləndirir. Ümid edirəm ki, cari ilin payız aylarında keçiriləcək Şərq Tərəfdaşlığının III Zirvəsi Azərbaycan və Avropa Birliyi arasında münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcəkdir. Avropa Birliyi ilə assosiativ müqavilə və vizasız hərəkət perspektivi rəhbərlik etdiyiniz ölkənin sosial və iqtisadi modernləşməsinə mühüm töhfə verə biləcəkdir.

Azərbaycan xalqına və şəxsən Sizə olan ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

Ukrayna Prezidenti Viktor Yanukoviçdən:

"Milli bayramınız - Respublika Günü münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Bu gün Azərbaycan öz dövlətçiliyini möhkəmləndirir, beynəlxalq aləmdə nüfuzunu artırır, həyatın bütün sahələrində inamla yüksək göstəricilər nümayiş etdirir.

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bizim birgə səylərimiz sayəsində Ukrayna-Azərbaycan münasibətləri yüksək səviyyəyə çatmışdır. Əminəm ki, ikitərəfli əməkdaşlığın bütün mühüm istiqamətləri üzrə konstruktiv dialoqun daha da genişlənməsi hər iki dövlətin xalqlarının rifahı naminə strateji tərəfdaşlığın dərinləşməsinə şərait yaradacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, məsul dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan:

"Türkmənistan hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə ölkənizin dost xalqına Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin bundan sonra da dinamik inkişaf edəcəyinə və möhkəmlənəcəyinə qəti əminliyimi bildirirəm.

Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına sülh, tərəqqi və çiçəklənmə arzulayıram".

Sloveniya Respublikasının Prezidenti Borut Pahordan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və Sloveniya xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan, ölkənizə hərtərəfli tərəqqi və çiçəklənmə arzulamaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında yaranmış sıx tərəfdaşlıq və məhsuldar əməkdaşlıq əlaqələrini qeyd etmək istəyirəm. Bu əlaqələr xüsusən iqtisadiyyat sahəsində çox uğurludur.

İnanıram ki, Sloveniya və Azərbaycan arasındakı əlaqələr müntəzəm dialoq, qarışlıqlı anlaşma və dostluq ruhunda davam edib bundan sonra da regionda sülh və sabitlik maraqlarına xidmət edəcək.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm".

Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevdən:

"Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Çox inanıram ki, Bolqarıstan və Azərbaycan əməkdaşlıq səylərini ölkələrimizin və xalqlarımızın gələcəyi naminə qarşılıqlı fayda əsasında və ənənəvi dostluq ruhunda bundan sonra da davam etdirəcək.

Ölkənizin və xalqınızın inkişafı naminə Zati-alinizə səmimi qəlbdən cansağlığı və gələcək işlərinizdə uğur arzulayıram.

Fürsətdən istifadə edərək ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm".

Qətər Dövlətinin Əmiri Həməd bin Xəlifə Al Tanidən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram və Qətər xalqı da mənim bu təbriklərimə qoşulur.

Fürsətdən istifadə edərək dərin hörmətlə Sizə səmimi salamlarımı çatdırır, Zati-alinizə rifah, Azərbaycan xalqına isə daha böyük inkişaf və çiçəklənmə, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin güclənməsini arzulayıram".

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Fələstin Dövləti, Fələstin xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Fürsətdən istifadə edərək, azadlıq, öz müqəddəratını təyinetmə və müstəqil Fələstin dövləti qurmaq uğrunda apardığımız mübarizədə göstərdiyiniz dəstək və həmrəyliyə görə Zati-alinizə dərin təşəkkürümüzü çatdırmaq istərdim.

Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və çiçəklənmə arzulamaqdan məmnunluq duyuram".

Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan:

"İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırım.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik və cansağlığı, ölkəyə tərəqqi və çiçəklənmə arzulayıram. Qoy, bu əlamətdar bayram Azərbaycan sakinlərinin evlərinə daha çox nemət və məhəbbət, bolluq və əmin-amanlıq gətirsin.

Lap qədimlərdən qardaş xalqlarımız qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinə sadiq qalmışlar. Bu xoş fürsətdən istifadə edərək ümidvar olduğumu bildirmək istəyirəm ki, birgə səylərimiz bundan sonra da Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında konstruktiv qarşılıqlı fəaliyyətin hərtərəfli genişlənməsinə yönəldiləcəkdir".

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Həməd bin Casim bin Cabir Al Tanidən:

"Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Zati-alinizə dərin hörmətlə səmimi salamlarımı və təbriklərimi, xoşbəxtlik və rifah arzularımı çatdırmaqdan, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və çiçəklənmə diləməkdən məmnunluq duyuram".

Qətər Dövlətinin Vəliəhdi Təmim bin Həməd Al Tanidən:

"Ölkənizin milli bayramı - Respublika günü münasibətilə dərin hörmətlə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və çiçəklənmə arzulayıram".

MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib S.Lebedevdən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Dövlət müstəqilliyinin bərpa edilməsi sayəsində Azərbaycan iqtisadi, sosial-mədəni inkişafda nəzərəçarpacaq nəticələrə nail olmuş, dünya birliyində hörmət, Müstəqil Dövlətlər Birliyində layiqli nüfuz qazanmışdır.

Əminəm ki, Azərbaycan Respublikası ilə MDB-nin iştirakçısı olan dövlətlər arasında çoxşaxəli qarşılıqlı əlaqələrin daha da genişlənməsi bir sıra iqtisadi, elmi-texniki, sosialyönümlü ümumdövlət proqramlarının həyata keçirilməsinə şərait yaradacaqdır.

MDB çərçivəsində inteqrasiyalı inkişaf məsələlərinin həllində Sizin dəstəyinizə və qarşılıqlı anlaşmaya ümidvar olduğumu bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, bu bayram günündə Sizə möhkəm cansağlığı və firavanlıq, bütün Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram".

MDB İştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının baş katibi A.Sergeyevdən:

"MDB İştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərimizi qəbul edin.

Cənab Prezident, Sizə - görkəmli dövlət xadimi və siyasi xadimə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının firavanlığı və çiçəklənməsi naminə nəcib fəaliyyətinizdə uğurlar arzulayırıq".

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan:

"İcazə verin, Sizi Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə səmimi təbrik edim. Azərbaycanın hərtərəfli inkişafı və çiçəklənməsi naminə yüksək dövləti fəaliyyətinizdə və işlərinizdə uğurlarla bağlı ən gözəl diləklərimi qəbul edin".

Özbəkistan Prezidenti İslam Kərimovdan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi və ən yaxşı arzularımı qəbul edin.

Biz bu gün dövlət quruculuğunun, cəmiyyətdə islahatlar aparılmasının, ölkənin sosial-iqtisadi inkişafının bütün sahələrində Azərbaycanın sanballı nailiyyətlərinin şahidiyik. Azərbaycan suverenliyin və müstəqilliyin möhkəmlənməsinə, xalqın rifahının yaxşılaşmasına, beynəlxalq məkanda dövlətin nüfuzunun yüksəlməsinə istiqamətlənmiş dəyişiklikləri qətiyyətlə və layiqincə həyata keçirir.

Ötən ilin oktyabrında gözəl və günəşli Bakıda görüşümüzü, dostluq, etimad və tam qarşılıqlı anlaşma şəraitində keçən səmərəli danışıqlarımızı xüsusi hərarətlə xatırlayıram.

İnanıram ki, bizim əldə etdiyimiz razılaşmalar çoxplanlı və uzunmüddətli Özbəkistan-Azərbaycan əməkdaşlığının qardaş xalqlarımızım maraqları naminə gələcək inkişafı və dərinləşməsi üçün etibarlı zəmin olacaqdır.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına firavanlıq və çiçəklənmə arzulayıram".

Moldova Respublikasının Prezidenti Nikolaye Timoftidən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Ölkənizin tarixində bu əlamətdar gündə fərəhlə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası öz dövlətçiliyini bərpa edəndən keçən illər ərzində müstəqilliyin möhkəmlənməsində, milli iqtisadiyyatın inkişafında və beynəlxalq aləmdə öz mövqelərinin gücləndirilməsində sanballı uğurlar qazanmışdır. Əminəm ki, Sizin Prezident kimi ali vəzifədə çoxşaxəli fəaliyyətiniz bundan sonra da dövlətinizin tərəqqisinə və xalqınızın rifahının durmadan yüksəlməsinə xidmət edəcəkdir.

Qəti əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq münasibətləri bizim qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişlənməsi və dərinləşməsi üçün yeni perspektivlər açır.

Hörmətli cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı və ölkənizin rifahı naminə yeni uğurlar, bütün dost Azərbaycan xalqına isə sülh, həmrəylik və firavanlıq arzulayım".

İordaniya Haşimilər Krallığının Kralı II Abdullahdan:

"Azərbaycanın milli bayramı - 28 May - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə ən səmimi təbriklərimizi yetirirəm.

Ölkənizə və xalqınıza davamlı tərəqqi və firavanlıq arzu edirəm".

İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerdən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İsveçrə Federal Şurası adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan, Sizə cansağlığı, ölkənizə çiçəklənmə və rifah arzulamaqdan böyük məmnunluq duyuram.

Qoy, ölkələrimiz arasındakı mövcud dostluq və əməkdaşlıq əlaqələri növbəti ildə daha da güclənsin".

Yəmən Respublikasının Prezidenti Abburabbih Mənsur Hadidən:

"Qardaş Azərbaycan xalqının milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə xoş təbriklərimi və səmimi salamlarımı çatdırıram.

Bu əlamətdar bayram münasibətilə Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf, tərəqqi və çiçəklənmə arzu edirəm".

Tailand Kralı Bhumibol Adulyadejdən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Zati-alinizə xoşbəxtlik və cansağlığı, Azərbaycan Respublikasına və xalqına tərəqqi və inkişaf arzulayıram".

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və bütün həştərxanlılar adından səmimi təbriklər və ən xoş arzular yetirməyə şadam.

Biz xalqlarımızın tarixi dostluğunu əziz tuturuq və bu bayramın sevincini Azərbaycan əhalisi ilə səmimi qəlbdən bölüşürük. İnanırıq ki, Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmətə və etimada söykənən əməkdaşlıq ənənələrini gələcəkdə də birgə səylərlə fəal şəkildə genişləndirəcək, Rusiya-Azərbaycan qarşılıqlı əlaqələri çərçivəsində çoxtərəfli münasibətlərin möhkəmlənməsi üçün yeni imkanlar tapacağıq.

Sizə və Sizin gözəl ölkənizin bütün sakinlərinə səmimi qəlbdən gözəl bayram əhval-ruhiyyəsi, sağlamlıq, əmin-amanlıq və Azərbaycan dövlətinin rifahı naminə quruculuq işlərində nailiyyətlər arzulayıram".

İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurovdan:

"Sizi dövlət bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sizin dövlətçilik mənafelərinə şəxsi sədaqətiniz, fəal həyat mövqeyiniz öz xalqına təmənnasız xidmətin parlaq nümunəsidir.

Bu gün Siz bütün qüvvənizi, biliyinizi və təcrübənizi Azərbaycan Respublikasının rifahına sərf edir, proqramları bacarıqla real işlərə çevirirsiniz. Sizin yüksək peşəkarlığınız, müasir siyasi təfəkkürünüz, məqsədyönlü işiniz respublikanın sosial-iqtisadi inkişafına, onun sakinlərinin həyat səviyyəsinin və rifahının artmasına şərait yaradır.

Sizə və Azərbaycan Respublikasının bütün sakinlərinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram".

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanovdan:

"Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Qardaş Azərbaycan Sizin rəhbərliyiniz ilə böyük atanızın ənənələrini davam etdirərək sosial-iqtisadi sahədə, dövlət quruculuğunda sıçrayış nümayiş etdirir, beynəlxalq məkanda nüfuzu möhkəmlənir. Rusiya ilə Azərbaycan xalqlarının bir-birinə olan dərin rəğbət və etimad hissi, çoxəsrlik dostluq ənənələri mehriban qonşuluq əlaqələrinin, uğurlu çoxplanlı işgüzar əməkdaşlığın möhkəmlənməsi, o cümlədən həm də regional səviyyədə sabitliyin və əmin-amanlığın təmin edilməsi üçün möhkəm zəmin yaradır.

Sizə cansağlığı, çoxşaxəli fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və çiçəklənmə arzulayıram".

Yaponiyanın İmperatoru Akihitodan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan və Sizə xoşbəxtlik, xalqınıza isə çiçəklənmə arzulamaqdan böyük məmnunluq duyuram".

İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanodan:

"Milli müstəqillik günü münasibətilə İtaliya xalqı adından və öz adımdan dost Azərbaycan xalqına səmimi sülh və rifah arzularımı bildirirəm.

Ölkələrimiz arasındakı mövcud səmərəli əməkdaşlığımız güclü və dərin kökləri olan dostluq əlaqələrinə, iqtisadi və mədəni sahədə getdikcə artan münasibətlərə əsaslanır. Ölkələrimizin maraqlarına xidmət edən strateji tərəfdaşlığımızın daha da gücləndirilməsi üçün qarşılıqlı şəkildə əməkdaşlıq edəcəyimizə inanıram.

Məhz belə bir əhval-ruhiyyə ilə şəxsən Sizə və xalqınıza cansağlığı arzu edirəm".

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan:

"Sizi və bütün Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası öz suveren siyasətini həyata keçirməklə sanballı sosial-iqtisadi uğurlar qazanmışdır. Azərbaycanın nailiyyətləri dünya birliyi tərəfindən etiraf edilmişdir. Bakıda müntəzəm keçirilən mühüm beynəlxalq tədbirlər və görüşlər buna sübutdur.

Fürsətdən istifadə edib məmnunluqla qeyd edirəm ki, Belarus-Azərbaycan əməkdaşlığı ilbəil möhkəmlənir. Bizim şəxsi görüşlərimiz ikitərəfli qarşılıqlı əlaqələrin daha da inkişafı üçün mühüm potensial olduğunu inandırıcı şəkildə nümayiş etdirmişdir. Daimi səmərəli dialoqun dəstəklənməsinin zəruri olduğuna əminəm və tezliklə Azərbaycanda görüşəcəyimizə ümid edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoş günlər, sülh və qardaş Azərbaycan xalqının firavanlığı naminə ali dövləti vəzifənizdə yeni zəfərlər diləyirəm".

Maldiv Respublikasının Prezidenti Məhəmməd Vahiddən:

"Müstəqilliyinizin elan edilməsinin ildönümü münasibətilə Maldiv hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi və arzularımı çatdırmaq istəyirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

Avstraliya İttifaqının General-Qubernatoru Xanım Kventin Braysdan:

"28 May - Respublika Günü münasibətilə Avstraliya hökuməti və xalqı ilə birlikdə Sizə, hökumətinizə və Azərbaycan xalqına ən səmimi arzularımı çatdırmaq istəyirəm.

Avstraliya ilə Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə bir çox oxşar yanaşmaları vardır. Diplomatik münasibətlərimizin qurulmasının 20-ci ildönümünü yüksək qiymətləndirərək, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək Azərbaycan səfirliyinin bu il Avstraliyada açılmasını səbirsizliklə gözləyirəm.

2013-cü ilin oktyabrında Azərbaycanda prezident seçkilərinin dinc və uğurlu keçməsini arzulayıram. Bu seçkilərdən əvvəl - 2013-cü ilin sentyabrında Avstraliyada federal seçkilər keçiriləcəkdir. Hər iki seçki bizim demokratiyaya sadiqliyimizin vacib ifadəsi olacaqdır. Avstraliya hökuməti beynəlxalq ictimaiyyətin göstərdiyi etimad nəticəsində 2013-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilmək şərəfinə layiq görülmüşdür. Biz inanırıq ki, müasir çağırışlar qlobal həll yolu tələb edir və BMT kimi çoxtərəfli təşkilatlar kollektiv həllin ən yaxşı vasitələrini təmin edirlər. Avstraliya Təhlükəsizlik Şurasının qarşısında duran problemlərin həllində Azərbaycan ilə birgə işləməyə sadiqdir və gələcək illərdə qarşılıqlı maraq doğuran məsələlər üzərində ölkənizlə çalışmaq arzusundadır. 2012-ci ildə Azərbaycanın Təhlükəsizlik Şurasına uğurlu sədrliyini və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstandakı missiyasına verdiyi dəstəyi yüksək qiymətləndirirəm.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri növbəti illərdə də inkişaf edəcəkdir".

Malta Respublikasının Prezidenti Corc Abeladan:

"28 May - Respublika Günü münasibətilə Malta xalqı adından və şəxsən öz adımdan Sizə, Azərbaycan hökumətinə və xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq və davamlı tərəqqi arzulayıram. Həmçinin ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin xalqlarımızın mənafeyi naminə daha da inkişaf edəcəyinə əminliyimi ifadə etmək istəyirəm".

Vəliəhd, Baş nazirin müavini, müdafiə naziri Salman bin Əbdüləziz Al Səuddan:

"Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".

TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan:

"Azərbaycanın milli bayramı - 28 May - Respublika Günü münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Türk dünyasında qurulan ilk respublika olan və bu il yaradılmasının 95-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin məqsədyönlü siyasəti və müdrik rəhbərliyi nəticəsində aparıcı dövlətlər arasında öz layiqli yerini tutmuş və dünyanın mədəni mərkəzlərindən birinə çevrilmişdir.

TÜRKSOY-a ən yaxın dəstəklərini əsirgəməyən Zati-alinizin diqqəti və qayğısı sayəsində zəngin Azərbaycan mədəniyyəti TÜRKSOY tərəfindən keçirilən bütün beynəlxalq tədbirlərdə ümumtürk mədəniyyətini layiqincə təmsil edir və dünya mədəniyyətinə böyük töhfələr verir.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm".

Niderlandın Kralı Villem-Aleksandrdan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi təbrik edir və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı bildirirəm".

İsveç Kralı Karl Qustavdan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi arzulayıram".

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən:

"Dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Sizə xoş təbriklərimizi və səmimi salamlarımızı çatdırırıq.

Bu fürsətdən istifadə edərək şəxsən Zati-alinizə cansağlığı və xoşbəxtlik, xalqınıza Sizin müdrik rəhbərliyiniz altında davamlı inkişaf və çiçəklənmə arzu edirik".

Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietodan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Meksika hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi Sizə çatdırmaqdan böyük məmnunluq duyuram.

Sülh və inkişaf naminə xalqlarımız arasındakı əlaqələri möhkəmlətmək üçün əməkdaşlıq və anlaşma münasibətlərini gücləndirmək istiqamətində həm Hökumətimin marağını, həm də şəxsən öz arzumu Sizə çatdırmaq istərdim.

Zati-aliləri, səmimi təbriklərimi və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusdan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi təbrik edirəm. Zati-alinizə ən dərin ehtiramımı bildirirəm".

Filippin Respublikasının Prezidenti III Beniqno Akinodan:

"Ölkəniz və xalqınız 28 May - Respublika Gününü bayram edərkən Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqda Filippin xalqı da mənə qoşulur.

Fürsətdən istifadə edərək Zati-alinizə bir daha bildirmək istəyirəm ki, Filippin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi işinə sadiqdir.

Bu əlamətdar bayram günündə əminliyimi bildirmək istəyirəm ki, Filippin və Azərbaycan siyasi, iqtisadi, mədəni sahələrdə intensiv əməkdaşlıq, xalqlarımız arasında qarşılıqlı əlaqələr sayəsində dostluq münasibətlərini inkişaf etdirəcəklər.

Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqının əmin-amanlığı, tərəqqisi və rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm".

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğludan:

"Əlamətdar bayram - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırmaq istəyirəm.

Fürsətdən istifadə edərək İslam Əməkdaşlıq Təşkilatının məqsədlərinin həyata keçirilməsində Sizin və Azərbaycan Respublikası Hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirirəm.

Ulu Tanrıdan Zati-alinizin müdrik rəhbərliyi altında qardaş Azərbaycan xalqının davamlı inkişafını və çiçəklənməsini arzulayır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm".

Çin Xalq Respublikasının Sədri Si Tszinpindən:

"Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Çin hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.

Hazırda Azərbaycanda sabit siyasi və ictimai vəziyyət, dinamik inkişaf edən iqtisadiyyat, xalqın həyat səviyyəsinin ardıcıl artması müşahidə olunur. Çin tərəfi bunu müsbət qiymətləndirir və əmindir ki, Zati-alinizin rəhbərliyi ilə Azərbaycan öz inkişafında daim yeni uğurlar qazanacaqdır.

Ölkələrimiz arasında diplomatik əlaqələr qurulmasından keçən 21 il ərzində Çin ilə Azərbaycanın dostcasına əməkdaşlıq münasibətləri çox yaxşı inkişaf edir, bütün sahələrdə tərəfdaşlığın fəal nəticələri vardır. Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə bundan sonra da ənənəvi dostluğu möhkəmlətməyə, işgüzar əməkdaşlığı genişləndirməyə, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında ölkələrimizin və xalqlarımızın rifahı naminə Çin-Azərbaycan münasibətlərini daim inkişaf etdirməyə hazırdır.

Ölkənizə firavanlıq, xalqınıza səadət diləyirəm.

Sizə möhkəm cansağlığı və rifah arzulayıram".

Hindistan Respublikasının Prezidenti Pranab Mukhercidən:

"Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Sizə Hindistan xalqı adından və şəxsən öz adımdan ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Hindistan və Azərbaycan xalqları arasındakı dostluq münasibətləri möhkəm tarixi və mədəni əlaqələrə söykənir. Əminəm ki, çoxtərəfli qarşılıqlı əlaqələrimiz xalqlarımızın mənafeyi naminə daha da inkişaf edəcəkdir. Hindistan Azərbaycan ilə əməkdaşlığın intensivləşdirilməsini arzu edir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq və inkişaf arzulayıram.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevdən:

"Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə ölkə daxilində həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi dəyişikliklərin və tarazlaşdırılmış xarici siyasətin uğurları Qazaxıstanda yaxşı məlumdur.

Qazaxıstan ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfənizi dəyərləndirirəm. Əminəm ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız bundan sonra da hər iki ölkənin xalqlarının rifahı naminə uğurla inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram".

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan:

"Azərbaycan Respublikasının milli bayramının ildönümü münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik etməkdən və ən xoş arzularımı bildirməkdən böyük məmnunluq hissi duyuram.

Tacikistan ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin bütün istiqamətlər üzrə inkişaf dinamikasından çox məmnun olduğumuzu vurğulamaq istərdim. Əminəm ki, yaranmış ənənəvi ikitərəfli dostluq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir. Tacikistan öz tərəfindən ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi və genişlənməsi üçün zəruri olan bütün tədbirləri görmək əzmindədir.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq diləyirəm".

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən:

"Qırğız xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının dövlət bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin!

Azərbaycan Respublikası özünün məqsədyönlü strategiyasının uğurla həyata keçirilməsi sayəsində sosial-iqtisadi inkişafda sanballı nailiyyətlər nümayiş etdirir, beynəlxalq aləmdə öz nüfuzunu ardıcıl surətdə möhkəmləndirir.

Potensialı böyük perspektivlərə malik olan Qırğız-Azərbaycan əməkdaşlığının inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm.

Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi qarşılıqlı faydalı tərəfdaşlığa şərait yaradacaqdır.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycan xalqına isə sülh, həmrəylik və tərəqqi diləyirəm".

İrlandiyanın Prezidenti Maykl Higginsdən:

"Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqda İrlandiya xalqı da mənə qoşulur.

Fürsətdən istifadə edərək Azərbaycan xalqına xoşbəxtlik və rifah arzulayıram".

Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silvadan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, Azərbaycan xalqına tərəqqi və çiçəklənmə arzulayıram".

Koreya Respublikasının Prezidenti xanım Pak Kın Hedən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Koreya Respublikasının Hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə, həmçinin Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaq istəyirəm.

Son illərdə ölkələrimiz arasında qarşılıqlı anlaşma və əməkdaşlıqda əhəmiyyətli inkişaf baş vermişdir. Ümidvaram ki, ölkələrimiz arasındakı yüksək səviyyəli dostluq əlaqələri xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar diləyimi və ən xoş arzularımı qəbul etmənizi xahiş edirəm".

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi Sizə və Azərbaycan xalqına çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Əminəm ki, ölkələrimiz arasındakı mövcud yüksək səviyyəli əməkdaşlıq gələcəkdə qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirəcək və xalqlarımıza firavanlıq gətirəcəkdir.

Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və çiçəklənmə arzulayıram.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm".

Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçdən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Xorvatiya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi Sizə və Azərbaycan xalqına çatdırmaqdan məmnunam, ölkənizə və vətəndaşlarınıza firavanlıq arzulayıram. Əminəm ki, ölkələrimiz arasındakı dostluq və tərəfdaşlıq daha da inkişaf edəcəkdir. Bu yaxınlarda keçirdiyimiz səmimi görüş bu məqsədə töhfə vermişdir.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Roma Papası Frensisdən:

"Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram. Tanrıdan diləyirəm ki, hər bir bəndəsinə xoşbəxt və mehriban ailədə yaşamaq nəsib etsin.

Zati-aliləri, Sizə, ölkənizin siyasi rəhbərliyinə və xalqınıza Ulu Tanrıdan bol-bol xeyir-dua diləyirəm".

Belçikanın Kralı II Albertdən:

"Azərbaycan Respublikasının milli bayramını qeyd etdiyiniz bir vaxtda mən də bu münasibətlə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi yetirir, rifah və firavanlıq arzulayıram".

Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qaukdan:

"Respublika Günü münasibətilə Sizə və xalqınıza həm öz adımdan, həm də xalqımın adından səmimi təbriklərimi çatdırıram.

Almaniya-Azərbaycan münasibətləri ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 ildən artıq müddət ərzində bir çox sahələrdə birgə maraqlar və qarşılıqlı ehtiram zəminində daha da genişlənmiş və inkişaf etmişdir. Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində Almaniyanın və Avropanın ən vacib tərəfdaşıdır.

Almaniya Azərbaycanı demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğu və Avropaya inteqrasiya yolunda gələcəkdə də qəti surətdə dəstəkləyəcəkdir. Bütün siyasi məsələlərdə tərəfdaşlar arasında açıq dialoqun aparılmasını vacib hesab edirik.

Sizə uğurlar, habelə Azərbaycan xalqına parlaq gələcək, sülh, tərəqqi və firavanlıq arzu edirəm".

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuddan:

"Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq.

Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik".

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerdən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq mənə xoşdur.

Fürsətdən istifadə edərək Sizə cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti