...

Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib

Siyasət Materials 25 May 2013 15:35 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar mayın 25-də Göyçay rayonunda növbəti qəbul keçirib.
Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar mayın 25-də Göyçay rayonunda növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rayon Polis Şöbəsində Mingəçevir şəhəri, Göyçay, Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş rayonlarında yaşayan sakinlərin, eyni zamanda, Xocalı və Ağdamdan olan məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir vətəndaşları şəxsən dinləyib, onların müraciətlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun olaraq həlli üçün qəbulda iştirak edən aidiyyəti Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Daxili işlər naziri tərəfindən qəbul edilən 35 nəfərin müraciətlərinin böyük əksəriyyəti elə görüş zamanı öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan ərizələrə baxılması üçün isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı və konkret tədbirlər görüləcəyi nəzərə çatdırılıb.

Qəbulda iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət məmurlarına yerlərdə vətəndaşlarla görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığının yüksək səviyyədə icrasına, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti