...

AŞPA sədri Azərbaycana gələcək planlar qurmağa gəlib

Siyasət Materials 25 May 2013 23:35 (UTC +04:00)
Azərbaycana səfərin əsas məqsədi gələcəklə bağlı planlar qurmaqdır. Trend-in məlumatına görə. bunu şənbə günü Azərbaycana rəsmi səfərə gələn Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyon jurnalistlərə bildirib
AŞPA sədri Azərbaycana gələcək planlar qurmağa gəlib

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir M.Əliyev/

Azərbaycana səfərin əsas məqsədi gələcəklə bağlı planlar qurmaqdır. Trend-in məlumatına görə. bunu şənbə günü Azərbaycana rəsmi səfərə gələn Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyon jurnalistlərə bildirib.

"Azərbaycan bir neçə aydan sonra Avropa Şurası nazirlər Kabinetinə sədrlik edəcək. Bu həm Azərbaycan üçün, həm də Avropa Şurası üçün tarixi bir məqam olacaq. Mənim də əsas məqsədim Azərbaycanın bu sədrlik missiyasını məsuliyyətlə həyata keçirməsinə kömək etməkdən ibarətdir", - Minyon bildirib.

O qeyd edib ki, səfər çərçivəsində Avropa Şurası və Azərbaycan arasındakı münasibətlərin hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparacağıq.

O deyib ki, ümumiyyətlə, səfərin əsas mahiyyəti Avropa Şurası və Azərbaycan arasında çoxlu fikir mübadiləsi aparmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti